Ana sahifə Saytın xəritəsi Bizə yazın Azeri version English version




1. Oyunun məqsədi

Çimərlik Futbolu asudə vaxtlarda çimərlikdə və xüsusən qum olan yerlərdə oynanılan oyundur. Ədalətli yarış oyunun əsasını təşkil edir. Bu qaydalar FİFA tərəfindən təsdiq edilmişdir və beynəlxalq turnirlərdə istifadə edilir. Bu qaydalar Çimərlik Futbol Federasiyası tərəfindən müstəsna hallarda dəyişdirilə bilər.

2. Yarış sahəsi, qapılar və top

Oyun sahəsinə, oynanılan qum ərazisi və perimetr sahəsi daxildir.

2.1 Oyunun oynanıldığı qumdan ibarət sahənin ölçüləri

Oyunun oynanıldığı qumdan ibarət sahə düzbucaqlıdır, eni 25.0 m / 28.0 m, uzunluğu 35.0 m / 38.0 m olmaqla, xətlərlə bölünüb.

Bölücü xətlərin eni 8 cm / 10 cm olmalıdır və torpağın rənginə zidd olan rəngdə möhkəm materialdan lent şəkilində hazırlanmalıdır, lakin oyunçulara zədə yetirə biləcək materialdan olmamalıdır. Onlar xüsusi künc əlaqələndiriciləri və qum lövbərlərlə yerləşdirilir və rezin halqalarla qapı dirəklərinə birləşdirilir.

Eni 2.0 m ölçüdə, qumdan olan perimetr zonası oyun meydançasını əhatə edir.

2.2 Cərimə sahəsi

Dörd sarı bayraq ağacları oyun meydançasının hər iki tərəfində cərimə sahəsini təsvir edir. Dörd sarı bayraq ağacları hər bir küncdən 9.0 m ölçüdə yan xəttlərdən 1.0 m məsafədə, perimetr zonasında yerləşdirilir. Əsas xəttlərə parelel və sarı bayraqları birləşdirən iki xəyali xətt cərimə sahələrini müəyyən edir. Cərimə zərbələri üçün dəqiq mövqelər bu xəyali xəttlərin mərkəzi olmalıdır.

2.3 Künclər və oyun meydançasının mərkəzi

Dörd qırmızı bayraq ağacları oyun meydançasının hər bir küncündən yerləşdirilir. Iki əlavə qırmızı bayraq ağacları isə müvafiq künclərdən bərabər məsafədə yanxəttlərin səddindən 1.0 m məsafədə perimetr zonasında yerləşdirilir. Bu iki qırmızı bayraq ağaclarını birləşdirən xəyali xətt oyun meydançasını iki tən yarıya bölür və bu da orta-meydança xətti kimi müəyyən edilir.

2.4 Bayraqların yerləşdiyi sahələr

Bayraq ağacları qum səviyəsindən 1.5 m hündürlüyə malik olmalıdır. Bayraq ağacları iti uclu olmamalıdır, sınmayan plastikdən hazırlanmalıdır, elastik və havayadözümlü olmalıdır. Ağaclar quma batırılmalıdır və elə təchiz edilməldir ki, həmin ağaclar oyun zamanı oyunçulara heç bir ziyan vurmasın.

2.5 Qapılar

Qapılar əsas xəttlərin mərkəzində yerləşdirilir və iki düz dirəkdən və bir şaquli dirəkdən ibarət olur. Eni 5.50 m və hündürlüyü 2. 20 m olmalıdır.

Dirəklərin ən aşağı hissəsində anker lövbərlər var və bu lövbərlər təhlükəsizlik nöqtəyi nəzərindən qumun altında yerləşdirilir. Onların qum səviyyəsindən 1.5m məsafədə yerləşdirilən yan dirəkləri var. Torlar əsas dirəklərə, yan dirəklərə çəkilir və qum səviyyəsindən 1.5 m məsafədə yerə bərkidilir. Torlar kəndirdən, neylondan və sayrı yumuşaq materialdan da ola bilər.

2.6 Top

Oyun topu kürə şəkilli olur və ölçü sayı 5 olur (çevrə: 68-71, çəki: 396-440 qram, təzyiq: 7 lb), dəri və ya dəriyə bənzər sintetik materialdan hazırlanır, cırılmaya, istənilən hava şəraitinə dözümlü olmalıdır. Oyun zamanı yalnız 1-ci hakimin oyun toplarının vəziyyətini yoxlamağa səlahiyyəti çatır.

3. Komandaların forması
3.1 Oyunçuların sayı

Oyun vaxtı meydançada hər iki komandanın heyyətində beş (5) oyunçu olur. Hər komandada oyun zamanı bir nəfər qapıçı və dörd nəfər sahə oyunçusu olur. Həmin qapıçıya oyun zamanı qapıçı sahəsində topa əlləri və qolları ilə toxunmaq icazəsi verilir.

Ehtiyat skamyasında üçdən beşə qədər əvəzləmə oyunçuları olur. Oyun zamanı, əvəzləmə oyunçuları və komanda nümayəndələri skamya qoyulan sahədə olmalıdırlar. Yalnız məşqçiyə ayağa qalxmağa icazə verilir. Əvəzləmə oyunçuları əvəzləməyə qədər stollarında/skamyalarında oturaq vəziyyətdə olmalıdırlar. Oyun başlayan zaman hər komandanın oyun meydançasında dörd (4) oyunçusu və (1) qapıçı oynaya bilər.

3.2 Əvəzləmələr

Oyun zamanı əvəzləmələrin sayında və ya əvəzləmə vaxtlarında heç bir məhdudiyyət yoxdur. Əvəzləmə zonası komandaların skamyaları kimi meydançanın eyni sahəsində, rəsmi şəxslərin stollarının qarşısında yerləşir.

Əvəz edilən oyunçu oyuna qayıda bilər.Əvəz edən oyunçu oyuna qayıdan zaman əvəz ediləcək oyunçunun nömrəsi əks edilən yazılı lövhəni başı üstünə qaldıraraq oyuna daxil ola bilər və o əvəzləmə zonasına yaxınlaşmalıdır. Yalnız əvəz edilən oyunçulara komanda nümayəndələrinin əyləşdiyi skamyanı tərk etmək icazəsi verilir. Əvəz edilən oyunçuya əvəz edildiyi oyunçunun oyun meydsançasını tərk etməsindən sonra oyun meydançasına daxil olmasına icazə verilir və o əvəz etdiyi oyunçunun nömrəsi əks edilən yazını həmin oyunçudan almalıdır.


3.3 Əvəzləmə zamanı qanun pozuntuları

Əgər oyunçu Oyun haqqında qaydaların 3.2-ci Qaydasını pozursa və əvəz edilən oyunçu meydançanı tərk etmədən əvəz edən oyunçu həmin meydançaya daxil olursa bu zaman həmin oyunçu sarı və ya qırmızı vərəqə alacaq və oyundan uzaqlaşdırılacaq və onun komandası 2 dəqiqə ərzində onun başqa bir oyunçu ilə əvəz edilmədən oyuna davam edəcəkdir. Əgər hakim Oyun haqqında qaydaların 3.3-cü Qaydasının pozulduğuna görə oyunu saxlayırsa bu zaman qanun pozan komandaya qarşı olaraq əks komandaya sərbəst zərbə atmaq imkanı veriləcəkdir. Belə sərbəst zərbə oyun meydançasının mərkəzindən atılacaqdır. Əgər oyun pozuntudan əvvəl sona çatırsa bu zaman oyuna Oyun haqqında qaydalara uyğun olaraq yenidən başlanacaqdır.

3.4 Qapıçının dəyişdirilməsi (əvəzlənməsi)

Qapıçı oyun ərzində başqa bir oyunçu ilə əvəzlənə bilər. Qapıçının dəyişdirilməsi ilə bağlı komanda nümayəndələri oyun rəsmilərini bu haqda xəbərdar etməlidirlər. Hakimlər qapıçının dəyişdirilməsinə vaxtın dayandırılmasından, topun səddən kənara çıxarılmasından və yarışa əngəl olmasın deyə saatın dayandırılmasından sonra icazə verir. Oyunçunun qapıçını əvəz etməsinə o zaman icazə verilir ki, həmin oyunçu qapıçının köynəyini geyinsin. Oyunçuların komanda nömrəsi dəyişdirilmir.

3.5 Oyunçuların ən az sayı

Hər komanda üçün meydançada oyunçuların ən az sayı 3 (üç) ola bilər.

Əgər komanda oyunda baş verən nizam-intizam qaydalarının pozulması ilə əlaqədar olaraq üç (3) oyunçudan az oyunçu ilə qalıbsa bu zaman həmin komanda oyunda məğlub olan komanda elan edilir, oyun dayandırılır. Belə halda oyunun xalları qol effektlərinə görə qalib komanda üçün 10 x 0 olur və udan komandaya 3 xal verilir.

4. Oyunçunun vasitələri
4.1 Təhlükəsizlik

Oyunçu özünə və ya digər oyunçuya ziyanverəcək vasitədən (avadanlıqdan) istifadə edə bilməz və ya geyinə bilməz bura həmçinin hakimlər tərəfindən müəyyən edildiyi kimi zərgərlik əşyalarının taxılması da daxildir.

4.2 Ayaqqabı

Oyun zamanı ayaqqabılar və ya digər oyunçuya ziyan verəcək vasitələr geyinmək qəti olaraq qadağan edilir. Oyunçular oyun zamanı corab və/və ya elastik topuq və/və ya ayaq örtükləri geyinə bilərlər.

4.3 Formalar

Oyunçuların formaları şort və köynəklərdən ibarətdir. Gözlərin qorunması üçün oyun zamanı oyunçunun plastik qoruyucu eynəkdən istifadə etməsinə icazə verilir. Eyni komandanın oyunçuları eyni dizayn və rəngdə olan formaları geyinməlidirlər, həmçinin onların köynəklərində nömrələr aydın görünən rənglə yazılmalıdır. Qapıçının forması digər oyunçular və hakimlərin formalarının rənginə zidd olan rəngdən ibarət olmalıdır. Əgər hər iki komanda eyni və ya oxşar rəngdə şort və köynək geyinirsə bu zaman qonaq komanda şort və köynəkdən ibarət formalarını dəyişdirməlidirlər.

5. Hakimlik
5.1 Hakimlər

Oyun 1ci hakim, 2-ci hakim, saniyəölçən və 3cü hakim tərəfindən aparılır. Əgər oyun meydançası və ətraf sahələr təhlükəsiz oyun üçün qənaətbəxşdirsə bu zaman 1-ci hakim oyunun əvvəlini və ya oyun müddətini müəyyən edəcəkdir. 1-ci hakim və 2-ci hakim komandaların formalarının rənglərinə zidd olan rəngdə formalar geyinməlidirlər və oyunu icra etmək üçün hər iki hakim fitdən istifadə etməlidirlər.

1-ci hakim oyunun sonunda səlahiyyətli şəxsləri oyunun hesabatı ilə təmin etməlidir, bu hesabata daxildir: tarix, vaxt, yer, ad, hava şəraitləri, komandaların adları və məxsus olduqları ölkə, son nəticə, yarışın effektiv davamlılığı, hesablanan qollar və oyunçulara və /və ya komanda rəsmilərinə qarşı baş verən mümkün qayda pozuntuların şərhi və həmçinin yarışdan əvvəl, yarış boyu və yarışdan sonra baş verən pozuntuların şərhi daxildir.

5.2 Oyunun saniyəölçəni və ya üçünü hakim

Saniyəölçən, rəsmi şəxslərin oturduğu stolda oturmalıdır və bu stol əvəzləmə zonasının qarşısındakı perimetr zonasından kənarda yerləşdirilir. Saniyəölçən oyunun müddətini təyin etmək üçün oyun saatını kontrol edir. Saniyə ölçən fit səsi ilə 12 dəqiqəlik oyun müddətinin başlanmasını və 3 dəqiqəlik əlavə müddətin başlanmasını elan edir. Həmçinin saniyəölçən oyunçu hakim tərəfindən qırmızı kartla cəzalandırıldığı zamanı və 2 dəq oyundan uzaqlaşdırılması zamanı gedən müddəti də 3-cü hakimə və ya rəsmi şəxslərə bildirməlidir.

6. Oyun
6.1 Oyunun başlanması

Birinci hakim hər iki komandanın kapitanın iştirakı ilə oyunu hansı komandanın başlaması üçün meydançada qəpik atmalıdır və bununlada hansı komandanın topu meydançaya atıb oyuna başlaması müəyyən edilir.

Topun oyuna hakimin fit səsindən sonra orta xəttin mərkəzindən daxil edilməlidir. Fit səsi ilə saat və oyun başlayır. Qarşı komandanın oyunçuları topdan 5.0 m aralıda dayanmalıdırlar.

Bütün oyunçular fit çalınana qədər meydançanın onlara düşən yarısında qalmalıdırlar. Qol vurulduqdan sonra oyun davam edir və top oyuna qol buraxan komanda tərəfindən daxil edilir. Qol top oyuna daxil olandan sonra birbaşa hesablana bilməz.

6.2 Oyunun müddəti

Oyun 3 əsas hissədən ibarətdir. Hər hissə on iki (12) dəqiqə müddətində olur. Hər hissənin sonunda komandalar yerlərini dəyişməlidirlər. Hissələr arasında olan istirahət vaxtı 3 dəqiqədir.

Əgər 3-çü hissənin sonunda hesab eyni olarsa (yəni heç-heçə), bu zaman komandalara 3 dəqiqəlik bir əlavə vaxt veriləcəkdir. Qol vurulub vurulmadığından asılı olmayaraq əlavə vax sonacan oynanılmalıdır.

Birinci və üçüncü hissənin əvvəlində hakim tərəfindən qəpik atılaraq hansı komandanın topu oyuna daxil etmək üçün seçimi müəyyən ediləcəkdir.

Hakim oyun vaxtını aşağıda göstərilən anlarda saxlayacaq: 1. Qol hesablanan kimi 2. Hakimin qərarına əsasən oyun zamanı oyunçulardan biri zədələnibsə 3. Birinci hakim tərəfindən cərimə zərbəsi və ya birbaşa zərbə təyin edilərsə Hakim oyunun yenidən başlandığını fitlə bildirən kimi oyun saatı da ona görə bərpa edilir.

Hər oniki (12) dəqiqəlik müddətin sonunda və ya üç (3) dəqiqəlik əlavə vaxtın sonunda fit səsi və ya səs siqnalı oyunun vaxtının başa çatdığını bildirəcək. Oyun müddətin və ya yarışın sona çatmasından sonra oyunçular meydançada heç bir oyun hərəkəti nümayiş etdirə bilməzlər.

6.3 Top oyunda və oyun kənarında

Top oyun başlayandan sona qədər oyun meydançasında olmalıdır, bura həmçinin topun qol dirəyindən və künc bayraqları ağaclarından oyun meydançasına qayıtması və ya topun oyun meydançasında olan 1-ci hakim və 2-ci hakimdən qaytması da daxildir.

Əsas xəttlər və qol xəttləri meydançanın yarısını təşkil edir. Top yanxəttlərdən kənara, əsas xəttlərdən kənara və ya kənarda olan oyunçuya toxunduğu zaman bu zaman oyundan kənar hesablana bilər. Topla oynamağa cəhd edən oyunçu ayrılmış xəttlərdən kənardakı quma toxunarsa bu zaman həmin oyunçu həddi keçmiş hesab edilməlidir.

6.4 Qolların hesablanması

Qol o zaman vurulmuş hesab edilir ki, qol dirəkləri arasında və ya traversalar altında havada və yerdə həmin qol qol xəttini keçməlidir. Qol o zaman həqiqi hesab edilir ki, hakimlər tərəfindən müəyyən edildiyi Oyun Qaydaları heç biri qol vuran komanda oyunçusu tərəfindən pozulmasın.

6.5 Oyunda necə qələbə qazanmaq olar

Oyunun sonunda ən çox qol vuran komanda qalib hesab ediləcək. Əgər oyunun əsas və əlavə vaxtı zamanı heç heçə hesabı qeydə alınarsa, bu zaman qapılara 9 metirlik cərimə zərbələrinin vurulması həyata keçiriləcəkdir. Qalib komanda bərabər sayda olan cərimə zərbələrində birdən çox qol vuran komanda hesab ediləcəkdir.

6.6 Topun düşmə qaydası

Müvəqqəti dayanmadan sonra top oyun meydançasına qaytarılmalıdır. Top yerə düşən kimi oyuna yenidən başlamaq olar. Əgər top yerə düşməmişdən əvvəl oyunçu topa toxunarsa və ya top oyun meydançasında yerə düşməmişdən meydançanı tərk edirsə, bu zaman top oyun meydançasına yenidən atılacaqdır.

7. Qanun pozuntuları və pis hərəkətlər
7.1 Qanun pozuntuları

Əgər hər hansı oyunçu qanun pozuntusuna yol verərsə bu zaman qanun pozuntusunun baş verdiyi yerdən birbaşa sərbəst zərbə atılmalıdır. Hər hansı oyunçuya qarşı qanun pozuntusu olubsa və hakimlər tərəfindən cərimə zərbəsi təyyin edilibsə, yalnız həmən oyunçu cərimə zərbəsini yerinə yetirə bilər. Əyər həmən oyunçu zədələnibsə və cərimə zərbəsini yerinə yetirə bilmirsə, belə halda oyunçunu əvəz edən başqa bir oyunçu zərbəni həyata keçirə bilər. Əgər qanun pozuntusu top əldə olan zaman baş veribsə, komandanın istənilən oyunçusu birbaşa zərbə həyata keçirə bilər. Komandalardan biri qanun pozuntusunun qurbanı olduğu zaman, hakim oyunun davam etməsinə icazə verə bilər.
Əgər oyunçu diqqətsiz, ehtiyatsız və ya hədsiz güc göstərərək aşağıda qeyd edilən qanun pozuntularına yol verirsə bu zaman hakim tərəfindən bu qanun pozuntusu

kimi qeydə alınacaq və qarşı komandanın xeyrinə birbaşa zərbə təyin ediləcəkdir:

1. Digər komandanın oyunçusuna zərbə və ya badalaq vurmaq 2. Digər komandanın oyunçusunu tutmaq, saxlamaq, itələmək və ya oynamasına əngəl törətmək 3. Əl və ya qolla topla oynamaq. Əgər qapıçı öz sahəsində topa qolu və ya əlləri ilə toxunursa bu zaman bu qaydalar ona şamil edilmir 4. Digər komandanın oyunçusunun üzərinə tullanmaq və sayrı kobud hərəkətlər

7.2 Sarı kart

Hakim aşağıdakı hallarda oyunçuya sarı kart göstərə bilər:

1. Hakimin şərhində ciddi nöqsana yol verirsə 2. Hakimin hərəkətinə qarşı sözlə və ya hərəkətlə narazılıq bildirirsə 3. İdman ustalığını zəif nümayiş etdirirsə 4. Sərbəst zərbə və ya topun mərkəzdən oyuna daxil edilməsi zamanı pis hərəkətə yol verirsə 5. Oyunçunun başqa bir oyunçuyla əvəz edilməsi zamanı oyun meydançasına daxil olursa, həmçinin oyunçunun əvəzlənməsindən əvvəl o meydançanı bütünlüklə tərk edirsə və ya meydançaya səhv mövqedən daxil olursa 6. Və sayrı oyunçuya yaraşmayan və nizam intizami pozan hərəkətlər edərsə

7.3 Qırmızı kart

Əgər oyunçu aşağıdakı nöqsanlara yol verirsə bu zaman oyunçuya qırmızı kart göstərilir, oyun meydançasından və yarış sahəsindən uzaqlaşdırılır: 1. Ciddi nöqsanlı oyun nümayiş etdirirsə 2. Kobud və agresiv davranışlara yol verirsə 3. Oyun zamanı xoşagəlməz, kobud və təhqiredici sözlərdən istifadə edirsə 4. Oyun zamanı ikinci sarı vərəqə əldə edirsə

Qırmızı kartı alan oyunçunun komandası iki (2) dəqiqə ərzində oyuna oyunçunun başqa bir oyunçu ilə əvəzlənməsi aparılmadan davam etməlidir. Hakim səlahiyyətli şəxslərə oyunçuya göstərilən qırmızı kartın səbəbini izah etməlidir, həmin səlahiyyətli şəxslərdə əlavə sanksiyaların mümkünlülüyünü təhlil edəcəklər.

7.4 Oyun meydançasında idmançıya yaraşmayan hərəkətlər

Məşqçi, komanda nümayəndəsi və ya ehtiyatda olan oyunçu hakimlər tərəfindən verilən qərarlara qarşı olaraq sözlə, hərəkətlə və ya təhqiredici etirazlarını bildirərlərsə və ya qarşı komandaya, müşahidəçiyə və yarış rəsmilərinə qarşı idmançıya yaraşmayan hərəkət nümayiş etdirərlərsə bu zaman hakim tərəfindən həmin şəxsə qarşı qırmızı kart göstəriləcəkdir və yarış meydançasından uzaqlaşdırılacaqdır.

Hakim məşqçi, komanda nümayəndəsi və ya ehtiyatda olan oyunçuya göstərdiyi qırmızı kartın səbəbini səlahiyyətli şəxslərə izah etməlidir, həmin səlahiyyətli şəxslərdə əlavə sanksiyaların mümkünlülüyünü təhlil edəcəklər.


8. Sərbəst zərbə
8.1 Sərbəst zərbə
Hakim qaydanın pozulduğu hədəfdən cərimə zərbəsi təyin etməlidir. Pis hərəkətə, yəni qanun pozuntusuna məruz qalan oyunçu həmin zərbəni icra etməlidir.

Sərbəst zərbəni həyata keçirəcək oyunçu topa ardıcıl olaraq iki dəfə toxuna bilməz. Bu qayda pozularsa bu zaman digər tərəf həmin pozuntunun baş verdiyi yerdə sərbəst zərbə həyata keçirəcək.

Sərbəst zərbəni həyata keçirəcək oyunçu topu qaydanın pozulduğu yerə qoya bilər və balaca qum topası yarada bilər və bununlada topun mövqeyini yüksəldə bilər.
Sərbəst zərbə zamanı topun qıyulquğu yerdən, vurulan qapı istiqamətində canlı divarın olması qadağandır.

8.2 Divarların olmaması

Əgər qanun pozuntusu zərbə vuran komandanın hücum mövqeyində baş verirsə bu zaman oyunçulardan heç biri müdafiə divarı qurmur və sərbəst zərbə həyata keçirilənə qədər bütün oyunçular qayda pozuntusunun baş verdiyi yerdən arxada və ya eyni xətdə özlərinə mövqe qurmalıdırlar və topdan ən azı beş (5) metr məsafədə kənarda olmalıdırlar. Qarşı komandanın qapıçısı öz cərimə sahəsində topdan ən azı beş (5) metr məsafədə kənarda olmalıdır.

Əgər qanun pozuntusu zərbə vuran komandanın müdafiə mövqeyində baş verirsə bu zaman sərbəst zərbəni vuran oyunçu istisna olmaqla bütün oyunçular qanun pozuntusunun baş verdiyi yerdən ən azı beş (5) metr məsafə kənarda mövqe qurmalıdırlar və oyunçulardan heç biri müdafiə divarı qurmur.

Müdafiəçi komandanın qapıçısı istisna olmaqla oyunçular zərbənin vurulduğu yerlə və zərbə təyyin edilan qapı arasındakı sahədə özlərinə mövqe seçə bilməzlər. Sərbəst zərbə vurulmamışdan əvvəl heç bir oyunçu sahəyə daxil ola bilməz. Top torpağa, qapıçıya, dirəyə və ya ştanqaya dəyməmişdən əvvəl heç bir oyunçu topa toxuna bilməz.

8.3 Sərbəst zərbələr zamanı qanun pozuntuları

Sərbəst zərbə həyata keçirilən zaman hər hansı qanun pozuntusu olursa bu zaman aşağıdakılar baş verir:

Əgər sərbəst zərbəni həyata keçirəcək komanda qanun pozuntusuna yol verirsə bu zaman yeni sərbəst zərbə müdafiəçi komanda tərəfindən qanun pozuntusunun baş verdiyi yerdən həyata keçiriləcəkdir. Həmin komandanın istənilən oyunçusu birbaşa zərbə həyata keçirə bilər.

Əgər qanun pozuntusuna, sərbəst zərbə vuran komanda tərəfindən törədilirsə bu zaman qol hesablanmır, top dayandırılır və yeni sərbəst zərbə qanun pozuntusunun baş verdiyi yerdən yenidən icra edilməlidir. Əgər bu yer cərimə sahəsindədirsə bu zaman cərimə zərbəsi həyata keçiriləcəkdir.

9. Cərimə zərbəsi
9.1 Cərimə zərbəsi

Cərimə zərbəsi top oyun meydançasında olduğu halda oyunçu öz komandasının cərimə sahəsində qanun pozuntusuna yol verdiyi zaman həyata keçirilir. Qanun pozuntusuna məruz qalan oyunçu cərimə zərbəsini həyata keçirməlidir.

Top qol mərkəzindən 9.0 m məsafədə yerləşdirilməlidir. Bütün oyunçular cərimə sahəsindən kənarda özlərinə mövqe tutmalıdırlar və onlar cərimə sahəsinə o zaman daxil ola bilərlər ki, top cərimə zərbəsinin icrasının nəticəsi olaraq hərəkət etsin.

Cərimə zərbəsi həyata keçirən zaman oyunçu topu qum sahəsinin istənilən səviyəsində yerləşdirə bilər.

Cərimə zərbəsi zamanı istənilən oyunçu topla yalnız həmin topun müdafiə olunan komandanın qapıçısı tərəfindən qaytarılmasından sonra və ya topun dirəydən döndüyündən sonra oynaya bilər.

9.2. Qapıçının vəziyyəti

CCərimə zərbəsinin qarşısını almaq üçün qapıçı özünə müdafiə mövqeyi seçməlidir və yalnız qapının hər iki dirəyləri arasında olan qol xəttində hərəkət edə bilər.


9.3 Cərimə zərbələrinin həyata keçirilməsi zamanı qaydaların pozulması

Əgər cərimə zərbəsini yerinə yetirən komanda qanun pozuntusuna yol verirsə və qol vurulursa, bu zaman zərbə təkrarlanmalıdır. Əgər qol vurulmursa, bu zaman müdafiəçi komandanın qapıçısı oyuna başlamalıdır.
Əgər qanun pozuntusu yaradan komanda qanunsuzluq törədirsə bu zaman cərimə zərbəsinin nəticəsi olaraq qol hesablanmadan sərbəst zərbə həyata keçiriləcəkdir.


10. Qapıçının oyunu yenidən başlaması

Qapıçı əllərindən istifadə etməklə oyuna yenidən başlaya bilər. Qapıçının top ilə durduğu andan etibarən və ya topu əlinə götürdüyü andan etibarən 5 saniyə vaxtı var. Əgər qapıçı qeyd edilən beş saniyə vaxt müddətində topu oyuna daxil etmirsə və ya oyuna topu əlindən birbaşa ayağı ilə atmaqla yenidən başlayırsa bu zaman digər komandaya meydançanın orta xəttindən oyuna sərbəst zərbə atmaq hüququ veriləcəkdir.

Qapıçı əllərindən istifadə edərək əks qapıya qol vura bilməz. Belə halda digər komandanın qapıçısı oyuna yenidən başlayacaq.

10.1 Geri qaytarmaq qaydası

Top qapıçıya onun komanda yoldaşı tərəfindən bir neçə dəfə ardıcıllı olaraq qaytarıla bilər. Ardıcıl olaraq qapıçı yalniz bir dəfə topa əlləri və ya qolları ilə toxuna bilər. Top qapıçıya komandasının oyunçusu tərəfindən ötürüldüyü zaman və qapıçı topa əlləəri ilə toxunduqu zaman, hakim əlini başının üstünə qaldıraraq bu birinci pas olduğunu işarə etməlidir. “Geri qaytarmaq” qaydasında pozuntuya yol verən komandaya qarşı cərimə zərbəsi təyin ediləcəkdir.

11. Künc zərbəsi

Künc zərbəsi oyunun yenidən başlanması üçün bir üsuldur. Oyun zamanı künc zərbəsinə o zaman imkan verilir ki, müdafiə olunnan komandanın oyunçusu topla komandasının əsas xətdindən kənarda oynayır və ya top müdafiə olunnan komandanın oyunçusuna deyərək səmtini deyişir və həmin xəttdən kənara çıxır.

Hücumda olan komandanın her hansı oyunçusu künc zərbəsini yerinə yetirə bilər. Künc zərbəsini yerinə yetirmək üçün, top küncdən 1m radius civarında yerləşdirilməlidir. Künc zərbəsi birbaşa zərbədir və künc zərbəsindən birbaşa vurulan qol hesablanır.
Hakimlər topun keçdiyi əsas xəttin sahəsindən asılı olaraq künc zərbəsinin həyata keçiriləcəyi küncü göstərməlidirlər. Müdafiə olunan komandanın oyunçuları həmin küncdən minimum beş metr (5 m) məsafədə dayanmalıdırlar.
Əgər müdafiə olunan komandanın oyunçularından biri künc zərbəsinin həyata keçirildiyi küncdən beş metr (5 m) məsafə daxilində topa toxunursa və ya saxlayırsa bu zaman künc zərbəsi təkrarlanmalıdır.
Künc zərbəsi vurulan zaman, künc zərbəsini yerinə yetirən oyunçunun topu ələ keçirdiyi andan etibarən, həmin zərbəni həyata keçirmək üçün 5 (beş) saniyə imkanı var, yəni oyunçu 5 saniyə ərzində həmin zərbəni vurmalıdır.
Əgər oyunçu beş saniyə ərzində həmin zərbəni həyata keçirməzsə, bu zaman müdafiyə olunan komandanınr qapıçısı oyuna yenidən başlaya bilər.
Oyunçulara topu qum sahəsinin istənilən hündürlük səviyəsində yerləşdirmək imkanı verilir.


12. Topun geri qayıtması


Top yan xəttdən kənara dəyirsə və ya topla oynamağa cəhd edən oyunçu həmin topa yan xəttdən kənarda toxunursa, ve bu kimi hallar daxil olmaqla topun geri qayıtması oyunun yenidən başlanması üçün bir üsuldur.

Geri qaytarılan top yan xəttlərdən arxada goyulmalıdır. Top yenidən çıxdığı yerdən oyuna qaytarılmalıdır. Topu geri qaytarmaq üçün oyunçular əllərdən (hər iki əlllə topu başın üstündən atmaqla və oyunçunun ayaqları isə qumun üstündə olmalıdır) və ya ayaqlardan istifadə edə bilər.

Yan xətdən qaytarılan topla birbaşa qol vurmaq olmaz. Topu geri qaytarmaq üçün oyunçunun (5) beş saniyə vaxtı var. Bu qayda pozularsa bu zaman topun geri qaytarılması qarşı komandaya həvalə ediləcəkdir.