Çimərlik Futbolunun əsası ekspromt oyunların keçirildiyi Braziliya çimərliklərindən gəlir, bu oyun Brazilioyada yerliləri arasında ən çox oynanılan oyunlardan biridir. Faktiki olaraq, Braziliya futbol oyunçuları öz bacarıqlarını Braziliya çimərliklərində də göstərirdilər.
1992-ci ildə bu oyun haqqında qaydalar tərtib edildi və əsas mərkəz Los Ancels şəhərində quruldu. Növbəti yayda ilk peşəkar çimərlik futbolu Mayami Çimərliyində keçirildi və bu yarışda ABŞ, Braziliya, Argentina və İtaliyadan olan komandalar iştirak edirdi.
1994-cü ilin aprel ayında Rio de Janeiorunun Copacabana sahilində şəbəkə televiziya ötürmələri tərəfindən yayımlanacaq ilk tədbir keçirilmiş və həmin şəhər bir il sonra ilkin Çimərlik futbolu üzrə Dünya Çempionatına ev sahibliyi etmişdir. Həmin yarış ev sahibinin qələbəsi ilə başa çatmış və Braziliyanı bu yarışmada ilk qalib etmişdir.
Yarışın uğuru kommersiya maraqlara da səbəb olmuş, dünya miqyasında idmana olan artan tələbat 1996-cı ildə Çimərlik futbolu üzrə yarışmanın keçirilməsinə gətirib çıxartmışdır.
Ilk belə yarışma ümimilikdə 60 oyundan ibarət olmuş və iki il müddətində Cənubi Amerika, Avropa, Asiya və ABŞ da keçirilməklə həm meydan mərkəzində, həm də kənarda başlıca oyunları cəlb edə bilmişdir.
Avropada keçirilən turun yaratdığı maraq 1998-ci ildə Avropa Çimərlik Futbolu Liqasının (EPBSL) yaranmasına səbəb olaraq bütün səviyyələrdə yarışmaların peşəkarlıq səviyyəsinin artırılması üzrə davamlı infrastrukrur yaratdı.
Hazırda Avropa ÇF Liqası kimi tanınan EPBSL bütün qitə miqyasında reklam işlərini birləşdirərək media, sponsor və azarkeşlərin tələblərinə cavab verir. Yaradılmasından sonrakı cəmi dörd il ərzində bu sahədə Dünya Yarış strukturu-nun yaradılması istiqamətində ilk uğurlu addım atılmış oldu.
Səhnə arxasında isə bir sıra başlıca hadisələr də cərəyan edirdi. Buraya Çimərlik futbolu şirkətinin baş qərargahlarını Avropaya, əvvəlcə Monako və sonra da Barselonaya köçürməsi, sonradan isə 2000-ci ilin aprel ayında Çimərlik futbolu S.L.-ə çevrilməsi aiddir.
Bir il sonra onlar güclərini Dünya çempionatlarını və Cənubi Amerikada yarışmaları təşkil etməyə davam edən Octagon Koch Tavares ilə birləşdirərək dünya Çimərlik Futbolu (BSWW)–nu yaratdılar. Bu istiqamətdə onların əsas məqsədi bütün əsas Çimərlik futbolu yarışlarını dünya miqyasında eyni struktur altında təşkil etmək və idmanı əsas havadarlara, mediyaya və FİFA-ya vahid şəkildə təqdim etmək idi.
2000-ci ildə İspaniya Portuqaliyanı gərgin yarışmada darmadağın etdiyi final yarışının son maçında EPBSL daha da inkişaf edirdi.
Amerika Liqası da tədricən formalaşmaqda idi. Bu liqanın tərkibinə Şimali və Cənubi Amerikadan yeni komandalar daxil olur, Çimərlik Futbolu yarışması isə miqyasını BƏƏ, Tayland, Meksiko, Yunanıstan, Yaponiya, Avstraliya və Birləşmiş Krallığa qədər genişləndirmişdi.
Növbəti dörd ildə isə bu istiqamətdə gedən artım həm meydan mərkəzində, həm də kənarda əldə edilən daha böyük nailiyyətlərlə genişləndi EPBSL isə dünyada ən güclü Çimərlik Futbolu yarışına çevrildi.
2004-cü ilə qədər bu komandalar sırasına 17 dövlət qoşuldu, 2005-ci ildə isə bu rəqəm Avropa ÇF Liqası daxildə iyirmiyə qədər yüksəldi. Bu da həmin yarışmaların televiziya vasitəsi ilə yayımlanma dairəsini də genişləndirərək yetmişdən çox ölkədə reklam şirkətlərinin yüksək dərəcədə tələbatının artımına gətirib çıxartdı.
Nəhayət, FİFA da bu yarışmanı tanıyaraq BSWW-ni Çimərlik futbolunun yaradılması və inkişafında başlıca qurum olaraq qəbul etdi, eləcə də 2005-ci ilin may ayında ilk FİFA Çimərlik futbolu Dünya kubokunun keçirilməsinə səbəb olan yüksək təminatlı əməkdaşlıq təklif etmiş oldu.
Braziliya 10 dəfə dünya çempionatı adını qazandı, Fransa və Portuqaliya isə bir dəfə çempion adını qazandı.
|