İngiltərənin Maynhid şəhərində təşkil olunan Avropa çempionatının seçmə mərhələsi çərçivəsində çimərlik futbolu üzrə Azərbaycan millisi bu gün ilk oyununu keçirib. Almaniya yığması ilə qarşılaşan millimiz 6:4 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Elvin Quliyev və Müslüm Hüseynov hərəyə 2 qol vurub, hərəyə 1 dəfə isə Hikmət Bağırovla Elhad Nəziri fərqlənib.Millimiz növbəti oyununu iyulun 19-da İngiltərə yığmasına qarşı keçirəcək.