Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
BSWW və Crocs Europe arasında sponsorluq razılaşması.


Çimərlik futbolu üzrə ümumdünya təşkilatı (BSWW) ayaqqabı dizaynı, istehsalı və satılması ilə məşğul olan Crocs Europe şirkətilə sponsorluq razılaşmasının əldə olunması haqqında bəyan etdi. Dərhal qüvvəyə minən və 2009-cu ildə çimərlik futbol sezonu boyunca qüvvədə olacaq razılaşma Crocs şirkətinə çimərlik futbolu üzrə keçiriləcək tədbbirlər zamanı eksklüziv hüquqlar verir. Razılaşmanın şərtlərinə əsasən Crosc Europe şirkəti aşağıdakı tədbirlərin rəsmi sponsoru olacaq: Çimərlik futbolu üzrə Avropa Kuboku (Roma, İtaliya), Avstriya, İtaliya, Portuqaliya, İspaniya və Birləşmiş Krallıqda keçiriləcək Çimərlik Futbolu üzrə Avropa Liqası, Mundialito (Portimao, Portuqaliya) və İspaniyada keçiriləcək FIFA Çimərlik futbolu üzrə 2009-cu il Dünya Çempionatına Avropada seçmə oyunları. Çimərlik futbolu üzrə keçiriləcək Avropa turnirləri zaman Crocs şirkəti hər bir stadionun yanında ayaqqabı satış nöqtələrini yerləşdirəcək.

Yeni əməkdaşlıq haqda danışan BSWW təşkilatının vitse-prezidenti Joan Kusko (Joan Cusco) qeyd etdi ki: “Crocs Europe ilə əməkdaşlığımız gələcək bir neçə il ərzində çimərlik futbolunun inkişafına nəzərə çarpacak dərəcədə dəstək göstərəcək”. Crocs Europe şirkətinin kreativ direktoru Peter van Veldxovenin (Peter van Veldhoven) sözlərinə görə, şirkət BSWW ilə əməkdaşlıq etməkdən çox məmnundur və çimərlik futbolu kimi bir idmanla təsəvvürləndiyinə çox həyacanlıdır.

07.04.2009