Rusiyanın Sankt Peterburq şəhərində təşkil olunmuş Grand-Prix «Winter OBSL 2012» beynəlxalq turnirində çimərlik futbolu üzrə Azərbaycan milli komandası finalda Polşa yığması ilə qarşılaşaraq 1:0 hesabı ilə qalib gəlib və turnirin çempionu olub. Futbolçularımızdan Comərd Baxşəliyev fərqlənib.
Xatırladaq ki, futbolçularımız turnirdə daha əvvəl keçirdiyi oyunlarda Rusiyanın «Kristal» komandasını 3:2, «Podvodnik», ELMONT və SOVMORTRANS komandalarını, müvafiq olaraq, 4:1, 5:4 və 5:4 hesabı ilə məğlub etmişdi.
15.02.2012 |