Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Braziliya çimərlik futbolu üzrə konfederasiyası milli yığma komandasının yeni məşqçisinin adını elan etdi


Cümə günü Braziliya çimərlik futbolu üzrə konfederasiyası (CBBS) milli yığma komandasının yeni məşqçisinin adını aşıqladı. Bu 34 yaşlı braziliya mütəxəssis, Pernambuku ştatı əhli Gustavo Zlokkovik Silva oldu. O, oktyabr ayında Ravenada Dünya Kubokun finalında Rusiyadan məğlub oldukdan sonra tərk etmiş Aleşandre Soareşin yerinə gəldi.
“Sarı-yaşılların” yeni rəhbərin beynəlxalq çimərlik futbolunda böyük trener təcrübəsi var. Guga müxtəlif illərdə Portugal, Bahreyn və Azərbaycan yığma komandaların başçısı olmuşdur, həmçinin 2005-ci ildə Avroliqa mərhələsində Rusiya komandası ilə işləmişdir (o zaman komanda tərkibində Mostovoy, Karpin, Pisarev kimi ulduzlar çıxış edirdilər). Zlokkovikin ən böyük naliyyətlərindən Portugal yığmanın Avroliqada və 2003-cü ildə Mundialito turnirində qələbə, 2006-cı ildə Bahreyn komandası ilə Asiya birinciliyi almağı və Avropa Kubokunda Azərbaycan yığmanın üçüncü yeri qeyd etmək lazımdır. Əlavə olaraq keçmişdə gənc mütəxəssisin illik gala oyunların çərivəsində Dünya komandasının Braziliya yığmasına qarşı iş təcrübəsi var, eləcə də FİFA dünya təşkilatının keçirdiyi təlim seminarlarda iştrak edirdi.
Dörd qat dünya çempionların yeni başçısın əsas məqsədi – 2013-cü ilin Dünya Kubokuna mübarizə bacarığı olan komandanı hazırlamaqdır.
Lakin, bir həftədən sonra Zlokkovikin qəyyumluq altında olanlar Dubayda Kontinental Kubok oyunlarında çıxış etməlidirlər. Bu oyunlarda Braziliyanın rəqibləri Oman, Meksika və İsveç komandaları olacaqdır. Bundan başqa Braziliya komandası Ekvadorda Cənubi Amerika Çimərlik Oyunlarında (2-12 dekabr) və Nigeriyada “Kopa Lagos” turnirində (16-18 dekabr) çıxış etməlidirlər.
CBBS-in prezidenti Fabio Spironelli öz izahını verdi: “məşqçi xüsusiyyətlərinə əlavə olaraq, o (Zlokkovik) dialiq aparmaq bacarığa malikdir. Bu da,ciddi dəyişiklər zamanı çox vacibdir. Mən hesab edirəm ki. Biz düzgün seçim etdiq.”
“Çimərlik futbolunda çalışmağa başlıyarkən bu mənin arzum idi. Və mən fəxr edirəm ki, öz ailəyə, dostlarıma və tərafdarlarıma sevinc gətirə bilərəm. Gələcəqdə bizim çox işimiz var, ağır məsuliyyəti başa düşürəm və mən hazıram” – dedi Zolokkivik.

16.11.2011