Dünya Çempionatının açılışına həsr edilmiş mətbuat konfransında çıxış edən FİFA prezidenti Yozef Blatter çimərlik futbolunun olimpiya oyunlarının proqramına salınması haqda danışmaqla çimərlik futbolu azarkeşlərini sevindirdi.
Baş futbol təşkilatının rəhbəri çimərlik futbolunu 15 il öncə Braziliyada gördüyünü xatırladı və 2005-ci ildən çimərlik futbolu üzrə dünya çempionatlarının FİFA-nın himayəsi altında keçirilməsinin mühümlüyünü qeyd etdi.
FİFA prezidenti qeyd etdi ki, çimərlik futbolunun olimpiya oyunlarının proqramına daxil etmək üçün çox çalışmaq lazımdır. Bütün sənədlər artıq Beynəlxalq Olimpiya Komitəsinə təqdim edilmiş və hazırda bir çox şey Braziliyanın bu məsələyə böyük maraq göstərməsindən olmasından asılıdır.
Ümid edirik ki, braziliyalılar çimərlik futbolunun Rio-de-Janeyroda keçiriləcək olimpiadada olması üçün əlindən gələni edəcəklər.
06.09.2011 |