Çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev iki beynəlxalq turnirin oyunlarına təyinat alıb. O, iyulun 14-dən 18-dək Belarusun Minsk şəhərində keçiriləcək «Dostluq-2011» turnirində və iyulun 23-dən 29-dək Gürcüstanın Batumi şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək. Bundan əlavə, iyulun 21-dən 23-dək Batumi şəhərində Əfqan Həmzəyevin rəhbərliyi ilə Gürcüstanın çimərlik futbolu üzrə hakimlərinə seminar keçiriləcək.
02.08.2011 |