İtaliyanın Ravenna şəhərində təşkil olunmuş EBSL 2011 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk oyununu keçirib. Belarus yığması ilə qarşılaşan komandamız 1:6 hesabı ilə məğlub olub. Yığmamızın heyətində Elşən Hüseynov fərqlənib.
Millimiz turnirdə növbəti oyununu iyulun 24-də, Bakı vaxtı ilə saat 18:30-da Fransa yığmasına qarşı keçirəcək.
29.07.2011 |