Belarusun Vitebsk şəhərində təşkil olunmuş «Kubok Drujbı 2011» (Dostluq Kuboku) turnirində çimərlik futbolu üzrə Azərbaycan milli komandası Latviya yığması ilə qarşılaşıb. Millimiz 7:3 hesabı ilə qələbə qazanıb. Comərd Əliyevin 4 qol vurduğu oyunda Ramil Əliyev, Elşən Hüseynov və Əbdül Əliyev hərəyə 1 dəfə fərqlənib.
Beləliklə, millimiz turnirdə VII yeri tutub.
26.07.2011 |