Portuqaliyanın Lissabon şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Liqasının promofinal mərhələsində Azərbaycan millisi bu gün ilk oyununu keçirib. Türkiyə yığması ilə qarşılaşan millimiz 4:5 hesabı ilə məğlub olub. Komandamızın heyətində Müslüm Hüseynov, Renat Sultanov, Elşad Quliyev və Asif Zeynalov fərqlənib. Özünün ikinci oyununda Azərbaycan millisi İsrail yığması ilə qarşılaşıb. Oyun 3:1 hesabı ilə israilli futbolçuların xeyrinə başa çatıb. Komandamızın heyətində Müslüm Hüseynov fərqlənib. 5-ci yer uğrunda keçirilən oyunda isə yığmamız İngiltərə ilə qarşılaşıb. Oyun 4:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Müslüm Hüseynovun dubl etdiyi qarşılaşmada Asif Zeynalov və Hikmət Bağırov hərəyə bir dəfə fərqlənib.
30.08.2010 |