Çimərlik futbolu üzrə Respublika kuboku başa çatıb. Mərdəkandakı «Dalğa» İstirahət Mərkəzinin ərazisində yerləşən stadionda keçirilən final oyununda «Spektr Travel» və «Kodak» komandaları qarşılaşıb. «Kodak» 5:3 hesabı ilə qalib gələrək çimərlik futbolu üzrə Respublika kubokuna sahib çıxıb.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. AFFA-nın baş katibi Elxan Məmmədov, Çimərlik Futbol Federasiyasının prezidenti Fərid Novruzi və Sahə Futbol Federasiyaları İctimai Birliyinin vitse-prezidenti Rüfət Əmirov qaliblərə xatirə medalları və diplomlar veriblər. Sonda AFFA-nın baş katibi Elxan Məmmədov «Kodak» komandasına kuboku təqdim edib.
12.08.2010 |