18-19 mart tarixində Sürixdə FİFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. İclasda müzakirə olunacaq əsas məsələlərdən biri də 2011 və 2013-cü illərdə Çimərlik Futbolu üzrə Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək ölkələrin açıqlanmasıdır. Qeyd etmək lazımdır ki, 2011 və 2013-cü illərdə çimərlik futbolu üzrə dünya çempionatının oyunlarına ev sahibliyi etmək üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) öz namizədliyini irəli sürmüşdü. Bununla bağlı tenderdə iştirak etmək üçün hazırlanan müvafiq sənədlər də AFFA tərəfindən FİFA-ya təqdim olunmuşdu.