Meksika Kuboku 2010 yarışının ilk oyununda Avropanın ən reytinqli komandası olan İspaniya yığması Benjamin və Buru kimi liderlərini bu yarışa gətirməyən Braziliyaya 7:4 hesabılə məğlub oldu. Günün ikinci oyununda isə yarışa ev sahibliyi edən Meksika gərgin oyunda Argentina yığmasına 2:1 hesabılə qalib gələ bildi.
Şənbə günü keçirilən oyunlarda dünya çempionu Braziliya yığması əzəli rəqibi Argentinanı 4:2 hesabılə, Meksika isə Ispaniyanı 3:1 hesabılə məğlub etdilər.
Beləliklə, finala Braziliya və Meksika yığmaları çıxdılar. Finalda da möcüzə baş vermədi və Braziliya yığması Meksikanı 4:1 hesabılə məğlub edib kuboka sahib oldu. Üçüncü yer uğrunda keçirilən oyunda İspaniya yığması Argentinanı 9:5 hesabılə məğlub etdi.
Nəticələr:
Cümə, 5 mart
Braziliya – İspaniya 7:4
Argentina – Meksika 1:2
Şənbə, 6 mart
Braziliya – Argentina 4:2
Meksika – İspaniya 3:1
Bazar, 7 mart
İspaniya – Argentina 9:5
Meksika – Braziliya 1:4
09.03.2010 |