Çimərlik Futbolu üzrə Ümumdünya Təşkilatının (BSWW) Avropa Kuboku uğrunda yarış ötən il olduğu kimi çimərlik futbolu üçün nəzərdə tutulan Romanın “Maksimus sirki” çimərlik futbolu stadioununda keçiriləcək. Avropanın 8 ən güclü yığmaları bu Kubok uğrunda yarışacaqlar.
Bu il İspaniya yığması öz titulunu qorumaq üçün Fransa, Polşa, Rusiya, İsveçrə, İtaliya, Macarıstan və Portuqaliya yığmaları ilə mübarizə aparacaq.
2009-cu ildə finalda İsveçrə yığmasına qalib gələrək İspaniya ikinci dəfə sözügedən turnirin qalibi olmuşdu. Ötən bir il ərzində rəqiblər öz strategiyalarını daha da gücləndirmişlər. Kuboku İspaniyadan ala biləcək yığmalar arasında ilk öncə Portuqaliya və İsveçrə yığmalarını qeyd etmək olar. Yarışa ev sahibliyi edən İtaliya yığması da ötən ilki nəticələrini yaxşılaşdırmaq üçün əlindən gələni edəcək. Xatıqladaq ki, ötən il İtaliya Macarıstana 5-2 hesabılə məğlub olub yarışı tərk etmişdi.
|
Qladiatorların qədim evi olan Roma şəhəri Çimərlik Futbolu üzrə Ümumdünya Təşkilatının bu il keçirəcəyi ilk irimiqyaslı yarışına meydan olmaq üçün iki həftəlik hazırlıqlara başlamışdır. Qeyd etmək lazımdır ki, yarışda 12 000 seyrçinin iştirakı gözlənilir.
01.03.2010 |