Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan çimərlik futbolu üzrə Dünya çempionatının oyunlarında ədalət prinsiplərini qoruyan azərbaycanlı hakim Əfqan Həmzəyevin Braziliya - Bəhreyn, Portuqaliya - Solomon adaları, Braziliya – Portuqaliya (yarımfinal) qarşılaşmasında idarəçiliyi yüksək qiymətləndirilib.
Bununla yanaşı o, FİFA-nın xüsusi medalı ilə təltif edilib. Qeyd edək ki, Dünya çempionatının həlledici mərhələsində cəmi 12 hakimin (onlardan 5 nəfəri Avropanı təmsil edirdi) xidmətindən istifadə olunurdu.
16.02.2010 |