29 yanvar tarixində Braziliyanın məşhur kurortlarından sayılan Rio Kentenin Serrado çimərliyində çimərlik futbolu üzrə Latın Amerika Kuboku uğrunda sayca 11-ci turnir keçiriləcək. Bu dəfədəki turnirdə Braziliya, Uruqvay, Argentina və Çili yığmaları iştirak edəcəklər. Qeyd etmək lazımdır ki, ilk dəfə “Copa Latina” turniri Braziliyanın Espiritu-Santu ştatının Vitoriya şəhərində keçirilmişdi. Həmin turnirin qalibi elə Braziliya yığması oldu. Ondan sonra təşkil olunan “Copa Latina” yarışlarında Latın Amerika ölkələrindən savayı Avropadan dəvət olunmuş yığmalar (Portuqaliya, İspaniya və Fransa) da dəfələrlə iştirak etmişdi. Nəzərinizə çatdıraq ki, 2000-ci ildə məhz Portuqaliya yığması bu kubokda qalib gələ bildi. Bundan sonra Braziliya ardıcıl olaraq 9 dəfə sözügedən turnirin qalibi oldu.
Bütün komandalar “Copa Latina” turnirində iştirak etmək üçün artıq Rio Kente kurortuna gəliblər.
29.01.2010 |