2009-cu ildə Azərbaycanın qadın, futzal, çimərlik futbolu vəəsas milli komandasnın ən yaxşılarının adları açıqlanıb. AFFA-nın təşkil etdiyi sorğunun mükafatlandırma mərasimi “Landmark” Biznes Mərkəzinin “Rotunda” zalında keçirilib. Tədbirdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Cingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, klubların rəsmiləri, baş məşqçiləri, idman ictimaiyyətinin üzvləri iştirak ediblər.
Ölkənin ən yaxşı qadın futbolçusu adına Anna Atayeva layiq görülüb. Ən yaxşı futzalçı Rizvan Fərzəliyev, çimərlik futbolu üzrə ilin oyunçusu adına Elvin Quliyev layiq görülüb. Ölkənin ən yaxşı futbolçusu Vaqif Cavadov, qapıçısı isə Kamran Ağayev seçilib.
22.12.2009 |