Home page Site map E-mail us Azeri version English version
archive.php
“Sərhədçi” Cənub regionunun ən güclüsü oldu


Çimərlik futbolu üzrə Cənub regionunun zona birinciliyi keçirilib. Yarışda 9 rayonu təmsil edən 10 komanda iştirak edib. Olimpiya sistemi üzrə keçirilən birinciliyin həlledici qarşılaşmasında Astaranın “Sərhədçi” və “Astara-2” komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən oyun “Sərhədçi”nin 9:6 hesablı qələbəsi ilə başa çatıb.
Bu oyundan əvvəl isə üçüncü yerin sahibi müəyyənləşib. “Masallı” və “Yardımlı”nın duelindən Masallının eyniadlı təmsilçisi qalib ayrılıb. Oyun 7:6 hesabı ilə yekunlaşıb.
Yarış başa çatdıqdan sonra ənənəvi mükafatlandırılma mərasimi keçirilib. İlk üç yeri tutan komandalara kuboklar və diplomlar verilib. Bundan başqa, birinciliyin ən yaxşı qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi, hücumçusu, oyunçusu, bombardiri və hakimi də mükafatlandırılıb. Onlara diplomlar təqdim edilib. İştirakçı komandaların rəhbərləri bu cür yarışlar təşkil etdiyinə görə, AFFA, AÇFF və Astara rayon Gənclər və İdman İdarəsinə minnətdarlığını bildiriblər.

27.08.2013