Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Şirkətlər arasında çimərlik futbolu üzrə yarış.


Bildiyiniz kimi, son zamanlar Azərbaycan Çimərlik Futbol Federasiyası bir çox yüksək nailiyyətlərə imza atmışdır. Milli yığmamız keçən il keçirilmiş Euro Cup 2008 yarışlarında ilk dəfə iştirak etməyinə baxmayaraq 3-cü yeri tutmuşdur.
Iyun ayında İspaniyanın Kastelyon şəhərində keçirilən çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsində iştirak edən milli yığmamız, 1/4 mərhələsinə yüksələrək Avropanın ən güclü səkkiz komandasından biri oldu.
Gənclərimiz arasında bu idman növünə marağın artırılması və onun daha da inkişaf etməsi üçün Azərbaycan Çimərlik Futbol Federasiyası 4-5 İyul 2009-cu il tarixlərində şirkətlərarası “Caspian Cup” uğrunda turnir keçirəcəkdir. Turnir bir neçə ardıcıl mərhələdən ibarətdir. Turnirdə iştirak etmək arzusunda olan şirkətlər öz komandalarını təşkil edib oyunlara qatıla bilərlər. Oyunun qaydaları ilə tanış olmaq istəyənlər www.beachsoccer.az saytına daxil ola bilərlər.
İştirak etmək istəyən şirkətlər komandalarının adlarını, oyunçu siyahılarını və oyunçuların şəxsiyyət vəsiqələrinin sürətini info@beachsoccer.az internet ünvanına göndərə bilərlər.
Qeydiyyatdan sonra komandalar oyunun qaydaları və püşkün vaxtı ilə tanış olacaqlar.
 
Ətraflı məlumat almaq üçün əlaqə telefonları:
 
Mob: 050 250 79 97 Fərid Axundov
Tel: 436 88 17,
Fax : 497 25 38

19.06.2009