Ana sahifə Saytın xəritəsi Bizə yazın Azeri version English version




Azərbaycan Çimərlik Futbolu Federasiyası (AÇFF) öz fəaliyyətinə 2008-ci ildən başlayıb.

AÇFF prezidenti vəzifəsinə Fərid Novruzi seçilir və milli yiğma komanda təşkil olunur.

2008-ci ilin iyun – sentyabr aylarında Qustavo Enrike Zlokkovik Silva (Quqa) baş məşqçi vəzifəsinə dəvət olunur. Təlim-məşq toplantıları təşkil olunur.

2009 mart – 2010 sentyabr aylarında isə milliyə Emil Cabbarov məşqçilik edir.

Qısa müddət ərzində Mərdəkanda yerləşən “Dalğa” Idman Istirahət Kompleksində AFFA tərəfindən çimərlik futbolu üçün nəzərdə tutulmuş təlim meydançası hazırlanmış, daha sonra, avqust ayında həmin meydançanın ərazisində beynəlxalq səviyyəli stadion inşa edilmiş və artıq sentyabr ayında həmin stadionda “Avropa Kuboku 2008” beynəlxalq yarışı keçirilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan millisi həmin turnirdə ev sahibi kimi iştirak edib üçüncü yerə nail olmuşdur. Min tamaşaçı tutumu olan həmin stadion azarkeşlər üçün bütün zəruri şəraiti təmin edir, qollu və baxımlı oyun üçün idmançıların motivasiyasını artırır.

Çimərlik futbolu ən dinamik futbol oyunlarından biri hesab olunur və Azərbaycan çimərlik futbolu üzrə keçirilən yarışlarda göstərdiyi əzmli və güclü oyununa görə Avropa ölkələri arasında lider ölkə kimi tanınır. Azərbaycanda futbolun və sağlam həyat tərzinin inkişafı məqsədilə Federasiya çimərlik futbolunu digər futbol növlərinin əsası və hazırda dünyanın bütün ölkələrində dəstəklənən yeni idman növü kimi təbliğ etdirir.

Respublika üzrə 2 milyondan artıq insan futbolu seyr edir. Onların əksər hissəsi çimərlik futbolu üzrə Azərbaycan millisinin nailiyyətlərindən xəbərdardır və böyük məmnuniyyətlə komandamıza azarkeşlik edir. Futbol oyunları aparıcı televiziya kanallarında nümayiş olunur: AzTV İdman,  Lider TV, Eurosport, Eurosport 2 və s.

Qeyd etmək lazımdır ki, çimərlik futbolu üzrə millimiz bir çox yüksək nailiyyətlərə imza atmışdır. Milli yığmamız 2009-cu il iyun ayında İspaniyanın Kastelyon şəhərində keçirilən çimərlik futbolu üzrə Dünya Çempionatının seçmə mərhələsində iştirak edib və 1/4 mərhələsinə qədər yüksələ bilmişdir. Daha sonra komandamız iyul ayında keçirilən Avropa Liqasının seçmə mərhələsində iştirak edib və qrup oyunlarının qalibi kimi promo finala vəsiqə qazanıb. Beləliklə, milli yığmamız 2009-cu ildə Avropanın ən güclü on komandasından biri olmuşdur.

2010-cu ilin 10-16 may tarixlərində milli komandamız “Alaniya Cup 2010” beynəlxalq turnirdə iştirak edib və 2-ci yerə sahib olub. 2010-cu il 2-4 iyul tarixlərində yığmamız İtaliyanın Liqnano şəhərində keçirilən Avropa Liqasının seçmə mərhələsində iştirak edib və qrup oyunların qalibi kimi Portuqaliyanın Lissabon şəhərində keçirilən EBSL 2010 turnirin promo finalına vəsiqə qazanıb (24-27 avqust). 11-18 iyul tarixlərində milli yığmamız İtaliyanın Bibione şəhərində keçirilən Dünya Çempionatının seçmə mərhələlərində iştirak edib və 1/8 mərhələsinə qədər yüksələ bilmişdi.  22-24 iyul tarixlərində millimiz Hollandiyada keçirilmişCrocs Challenge Cup”  turnirində iştirak etmiş və 3-ci yerə sahib olmuşdur.

Qeyd etmək lazımdır ki, cari ildə Azərbaycan millisi müvafiq reytinq xallarını toplayaraq Avropa Çempionatının seçmə oyunlarında iştirak edir və Dünya Çempionatının kvalifikasiya turnirində təqdim olunur. Ölkəmizi layiqincə təmsil edib, yarışların final mərhələlərinə adlamaq üçün əlimizdən gələni edəcəyik.

Gənclərimiz arasında bu idman növünə marağın artırılması və onun daha da inkişaf etməsi üçün Azərbaycan Çimərlik Futbolu Federasiyası - AFFA, ASFF, ARFF, AŞRFF, ACRFF, ATFF, BŞQİBİ və BKQFF dəstəyilə “Xəzər kuboku“, "Gənclik kuboku" - Ali Təhsil müəssisələri arasında ölkə çempionatı,  “Dalğa”, «Media Kuboku» və  “Respublika Kuboku”  turnirləri keçirilmişdir. Qeyd etmək lazımdır ki, sözügedən turnirlər hər il keçirilir. Turnirlər bir neçə ardıcıl mərhələlərdən ibarətdir. “Respublika Kuboku”  turnirinin regional seçmə mərhələləri keçirilir (Bakı, Sumqayıt və Lənkəran şəhərlərinin birincilikləri, Bakının kənd və qəsəbələrini təmsil edən komandalar arasında,  işxal olunmuş rayonların arasında, şimal və cənub zonalarının seçmə mərhələri). Qeyd etmək lazımdır ki, 2008-2010 illərdə ölkəmizdə keçirilmiş turnirlərdə 200-dən çox yarıpeşəkar və həvəskar komandalar iştirak etmişdir.


  • Prezident
  • Fərid Novruzi

  • Vitse-prezident
    Fərid Axundov

  • Baş Katib
  • Əli Əliyev

  • İnzibatçı
  • Rufət Həsənov

  • IT-Menecer
  • Emil Aslanov