Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
2009-cu il Dünya Çempionatına (FİFA) vəsiqələr uğrunda seçmə oyunları başlandı.


Puerto-Valyarta şəhərində bir neçə gün ərzində CONCACAF zonasını təmsil edən millilər arasında Dünya Çempionatına iki vəsiqə uğrunda mübarizə aparılacaq. Bu dəfə mübarizəyə altı milli komanda qoşulacaq: təcrübəli Meksika, ABŞ, Kosta-Rika, El Salvador yığmaları, həmçinin ikiillik fasilədən sonra yarışlara dönən Kanada və ilk dəfə iştirak edən Baham adaları.
 
Artıq 22 aprel tarixində yarışın püşkü atılacaq; 29 apreldə isə təsnifat yarışının ilk görüşləri başlayacaqlar. Finalçılar 3 may tarixində müəyyənləşəcək.

21.04.2009