Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Avropa Kupası 2009 İtaliyada keçiriləcək


Sayca 11-ci olan Avropa Kupası 2009 turniri İtaliyada keçiriləcək. Oyunlar 22-24 may tarixlərində Romanın ən mərkəzində yerləşən qədim “Maksimus sirki”nin stadioununda keçiriləcəklər. Qədim şəhərin xarabalıqları arasında 3000 seyrçini qəbul edə biləcək çimərlik futbolu üçün nəzərdə tutulmuş stadion inşa olunacaq. Artıq bu gün italyan beachsoccerlnd.com saytında yarışın cədvəli dərc olunmuşdur. Yarış olimpiya sistemi üzrə keçiriləcək - dörddə bir final oyunları, yarımfinallar və final, həmçinin bütün yerlərin tam təyin olunmasına qədər bütün oyunlar.   
 
Xatırladaq ki, ötən il yığmamız sözügedən yarışda Avroropa Kuboku - 2009 turnirinin ev sahibi kimi iştirak etmiş və həmin prestijli yarışda üçüncü yerə nail olmuşdur. Bu il yarışda iştirak etmək üçün Avropanın 8 güclü yığması dəvət olunmuşdur – Portuqaliya, Polşa, Rusiya, İspaniya, Fransa, İsveçrə, İtaliya, Macarıstan.

02.04.2009