Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
U-13 Azərbaycan Çempionatın qalibləri ilə görüş


Azərbaycan Çimərlik Futbol Federasiyasının prezidenti Fərid Novruzi və Federasiyanın vitse-prezidenti Fərid Axundov Bakıda keçirilən Çimərlik futbolu üzrə yeniyetmələr arasında U-13 Azərbaycan Çempionatının qalib komandası ilə görüş keçirtdilər. Görüş zamanı federasiyanın prezidenti komandanı təbrik edib, gələcək planlar haqda da danışdı. Həmçinin oyunçulara federasiya adından kiçik hədiyyələr və sertifikatlar da təqdim olundu. Xatırladaq ki, 1-5 avqust tarixlərində Çimərlik futbolu üzrə yeniyetmələr arasında U-13 Azərbaycan Çempionatı keçirilmişdir və qalib EFA komandası oldu.

09.08.2018