Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Millimiz turnirin qalibi oldu. Azərbaycan 8-3 Çexiya


Çinin Haikou şəhərində təşkil olunmuş 2018 CFA Belt and Road İnternational Beach Soccer Cup beynəlxalq turnirdə iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası yarışın qalibi olub. Son oyunda Çexiya yığma komandası ilə qarşılaşan millimiz 8:3 hesabı ilə qələbə qazanıb. Sabir Allahquliyev, Ramil Əliyev və Orxan Məmmədovun dubl etdiyi oyunda digər qolları Asif Zeynalov və İlkin Hacıyev vurub. Rəqib qapılarından 5 top keçirən Ramil Əliyev turnirin ən məhsuldar oyunçusu olub.

08.04.2018