May ayının 4-14 aralığında Çimərlik futbolu üzrə Azərbaycan milli yığma komandası Rusiyanın Soçi şəhərində təlim məşq toplanışında olmuşdur. Hazırlıq dönəmində milllimiz bir sıra yoldaşlıq oyunları keçirmişdir. Millinin baş məşqçisi Joze Migelin sözlərinə əsasən komanda bununla kifayətlənmir bundan sonra hazırlıqları Bakıda da davam etdirmək fikrində olduğunu qeyd etdi. Bakıda keçiriləcək təlim-məşq toplantısı əsas heyəti formalaşdırmağa da kömək edəcək.