Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Dubayda Fifa çimərlik futbolu üzrə seminar keçirildi


Yaxın günlərdə Dubayda FİFA Çimərlik Futbolununun 3-cü Beynəlxalq seminarı baş tutub. Tədbirdə digər ölkələrlə yanaşı Azərbaycan Çimərlik Futbolu Assosiasiyasının prezidenti Fərid Novruzi və vitse-prezidenti Fərid Axundov da iştirak ediblər.
 
Tədbirin ilk günündə Dünya Çimərlik Futbolu Təşkilatının vitse-prezidenti və FİFA Çimərlik Futbolu Təşkilatının üzvü Xuan Kusko qonaqları öz çıxışında salamlayıb: "Ötən ilin oyunları ilə müqayisədə bu ilki çimərlik oyunlarının keyfiyyəti fərqlənir, amma bizim məqsədimiz bu oyunları daha da yüksəklərə qaldırmaqdır".
 
Tədbir zamanı FİFA təmsilçisi Xayme Yarza, Dünya üzrə Çimərlik Futbolunun nümayəndəsi Cozef Ponset, həmçinin Dünya üzrə Çimərlik Futbol Təşkilatının ikinci vitse-prezidenti Qabino Renales və digərləri çıxış edib.
 
FİFA Çimərlik Futbolunun 3-cü Workshop tədbirinin ikinci günü də olduqca maraqlı və maarifləndirici olub: məşhur futbolçular haqqında fikirlər söylənib və açıq müzakirələrə yer verilib. Hər təşkilatın üzvü bu idman növünün inkişaf etməsi üçün hansı addımları atacağı haqda söyləyib.
 
Azərbaycan təmsilçisi Fərid Axundov "Bakı 2015" adlı prezentasiyası ilə çıxış edib və gələn il Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarında idman növlərindən birinin də Çimərlik Futbolu olduğunu qeyd edərək bu haqda məlumat verib.
 
Çimərlik Futbolu Assosiasiyasının Prezidenti Fərid Novruzi çıxışında bu amilin Azərbaycanda çimərlik futbolunun təbliği və inkişafı uğrunda zəmin yaradıldığını vurğulayıb. O xatırladıb ki, Bakı 2015 Oyunlarında Azərbaycan, Rusiya, İspaniya, Portuqaliya, İtaliya, Macarıstan, Ukrayna və İsveçrədən olan səkkiz kişi komandası Avropa Oyunları çempionları adı uğrunda beş gün baş-başa mübarizə aparacaqlar.
 
 

18.11.2014