Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Oyunda öz qələbəsini təmin etmək üçün Azərbaycan güclü müdafiədən istifadə edir


Oyunda öz qələbəsini təmin etmək üçün Azərbaycan güclü müdafiədən istifadə edir Azərbaycan yığmasının Yunanıstan komandası üzərində 6:3 hesabı ilə qələbəsi, ancaq iki çox güclü komandadan gözlənilə biləcək dayanmalarla və dərin müdafiə ilə zəngin idi. Azərbaycan komandası oyuna Yunanıstandan daha tez qoşuldu, lakin Dəniz Qulduru Gəmisi üçüncü hissədə əsrarəngiz şəkildə oynayaraq, heç-heçəyə nail oldu.
 
Lakin azərbaycanlılar tezliklə üstünlüyü özlərinə qaytardılar və daha iki top vuraraq, bundan əvvəl oyunda əldə etmiş olduqları iki topluq üstünlüyü bərpa etdilər. Azərbaycan yığması bazar günü 13-cü yer uğrunda görüşdə Fransa komandası ilə görüşəcəkdir. Yunanıstan millisi turniri bazar günü, 15-ci yer uğrunda Polşa komandasına qarşı görüşlə başa çatdıracaqdır.
 
Birinci olaraq qan çıxartmaq - istənilən oyunu başlamaq üçün yaxşı üsuldur, yunanların dərin müdafiəsi ilə olan halda isə bu, ümumiyyətlə, ilk dəqiqədən oyunu ələ almış Azərbaycan millisi üçün əla start idi. Yunanlar özlərinin arxa xəttini möhkəmlətdilər və azərbaycanlılara onlara yaxınlaşmaq imkanı vermədilər, lakin onların özləri də hücumlarla təzyiq göstərmək iqtidarında deyildilər, beləliklə, hissə 1:0 üstünlüyü ilə Azərbaycan yığmasının xeyrinə başa çatdı. Azərbaycan komandası yenidən ilk dəqiqədə, bu dəfə ikinci hissədə, yunan müdafiəçilərinin kobud səhvindən istifadə edərək, top vurduqda, artıq dəbə çevrilmiş erkən qol meyli davam etmiş oldu. Bu top hesabı Azərbaycan yığmasının xeyrinə 2:0 etdi və, sonradan Yunanıstan komandasının azərbaycanlıların qapıçısının qapısını dəfələrlə döyməsinə baxmayaraq, o, Azərbaycan millisini pərişan edə biləcək qolları vura bilmədi. Azərbaycanlıların hücumları dəfələrlə qol şansları yaradırdı, lakin Azərbaycan millisini iki top üstünlüklə qələbə qane edirdi, onun müdafiə xətti isə həddən artıq möhkəm idi. Hissənin başa çatdığını bildirən fit səslənəndə və komandalar ikinci fasiləyə çıxanda, Azərbaycan komandası meydanı 2:0 üstünlüklə tərk etdi.
 
Yunanıstan komandası növbəti hissəni gözlərinə qığılcımla başladılar və tezliklə iki top vuraraq, hesabı bərabərləşdirdilər. Bu toplar Azərbaycan millisini pərişan edə bilərdi, lakin buna yol vermədi, əvəzində daha iki topla cavab verərək, yenidən Yunanıstan millisini 4:2 hesabı ilə qabaqladı. Sonradan Orxan yunan millisinin qapısına daha bir top vuraraq, öz komandası üçün üç topluq üstünlük əldə etdi, lakin yunanlar Papaefstratiunun vurduğu topla cavab verdilər və hesab 5:3 oldu.
 
Azərbaycanlılar daha bir - gecikmiş - top vurdular, bu dəfə Sabir fərqləndi. Hesab 6:3 oldu və matç beləliklə başa çatdı.
 
Azərbaycan yığması, Fransa millisi üzərində geçikmiş qələbədən sonra, özünün 13-cü yerini qoruyub saxlayır Azərbaycan yığmasının Fransa komandası üzərində 3:1 hesablı qələbəsi çətin oldu; hər iki tərəf o qədər bərabər güclü idilər və elə sıx mübarizə aparırdılar ki, ibarə ilə desək, onların arasından kağız vərəqi belə keçirmək mümkün deyildi. Azərbaycanlılar hesabı birinci açdılar, lakin Fransa komandası da buna özünün oyunda ilk topu ilə cavab verdi. Müdafiə, hücumçulara, emosiyalarla dolu final hissəsində özlərini oyuna təkrar sazlamalarına yol verərək, vaxtaşırı zərbəni öz üzərinə götürürdü, bu hissədə Azərbaycan millisi irəli çıxdı və qələbə üçün lazım olanı etdi. Bu qələbə Azərbaycan millisinə ümumavropa siyahısında 13-cü yeri bəxş edir, Fransa komandası isə turniri, 14-cü yerə düşərək, başa vurur. Oyunun ilk dəqiqələri qol baxımından məhsuldar oldu, Azərbaycan millisi birinci topu vurdu, Fransa isə buna Pajisin vurduğu, hesabı bərabərləşdirən topu ilə cavab verdi. Bəxt tərəzisi, Azərbaycan komandasının hissənin sonuna bir dəqiqədən bir qədər artıq qalmış vurduğu topdan və 2:1 hesabı ilə əvvəldə əldə etdiyi bir topluq üstünlüyü bərpa etdikdən sonra Azərbaycan millisinin tərəfinə üz tutana qədər, aşağı-yuxarı enib-qalxırdı. Birinci fasilə başlandı. Fransızlar özlərinin birinci hissədəki qop defisitindən narazı idilər və ikinci hissəni kəskin, məqsədyönlü oyunla başladılar. Hər iki komanda qapılara vurulan zərbələrlə mübadilə apardılar, lakin bu bir nəticə vermədi. Azərbaycan yığması, özünün bütün enerjisini fransızların hücumlarının dəf edilməsinə yönəltdiyindən, ikinci hissədə top vura bilmədi, buna görə də, hissə əvvəlki kimi Azərbaycan millisinin xeyrinə 2:1 hesabı ilə başa çatdı. Fransızlar final hissəsini müdafiədə başladılar, Azərbaycan yığması isə, sırf müdafiə xarakterli yanaşmanı bir kənara qoyaraq, öz oyun strategiyasını dəyişməyə hazır idi. Fransa öz niyyətində qəti idi və özünün, komandaların zərbələrlə qeyd olunduğu, lakin nəticənin hasil olunmadığı, gərgin mübarizəyə gətirib çıxaran müdafiə olunmaq ritmini tapmışdı. Oyun olduqca sərtləşdi, çünki tərəflərdən heç biri geri durmaq istəmirdi, oyunun tonunu isə 13-cü yer uğrunda oyuna həvəsləndirən final əhval-ruhiyyəsi idi. Hissədə birinci top, oyunun başa çatmasına beş dəqiqə qalmış hücumçu Hikmət tərəfindən vuruldu və hesab 3:1 oldu. Azərbaycan millisinin müdafiəsi qətiyyətlə oynadı və fransızlara oyunu özlərinə qaytarmaq imkanı vermədi, belə ki, final fiti səsləndikdə, Azərbaycan yığması 3:1 hesabı ilə qələbə qazanmış oldu.
 
Goals: 1-0: Zeynal, min.11 (1); 2-0: Sabir, min. 11 (2); 2-1: Gritzalis, min. 11 (3); 2-2: Paris, min. 10 (3); 3-2: Amid, min. 10 (3); 4-2: Sabir, min. 8 (3); 5-2: Orkhan, min. 4 (3); 5-3; Papaefstratiou, min. 1 (3); 6-3: Sabir, min. 1 (3).
 
 
FIFA BEACH SOCCER WORLD CUP 2015 - EUROPE QUALIFIER JESOLO-ITALY
 
Results Today: Saturday 13.09.14 09:00 - France 5-4 Poland - Playoff for 13th Place
10:15 - Azerbaijan 6-3 Greece - Playoff for 13th Place
11:30 - Turkey vs. Estonia - Playoff for 9th Place
12:45 - Germany vs. England - Playoff for 9th Place
14:00 - Hungary vs Belarus - Playoff for 5th Place
15:15 - Ukraine vs Romania - Playoff for 5th Place
16:30 - Switzerland vs Spain - Semifinal
17:45 - Russia vs Italy - Semifinal
 
Upcoming Matches:
Sunday 14.09.14
09:00 - Poland vs. Greece - Playoff for 15th Place
10:15 - France vs. Azerbaijan - Playoff for 13th Place
11:30 - Playoff for 11th Place
12:45 - Playoff for 9th Place
14:00 - Playoff for 7th Place
15:15 - Playoff for 5th Place
16:30 - Playoff for 3rd Place
17:45 - Final
Rahimov Rahimov Rahimov

15.09.2014