Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Azerbaijan takes first step towards World Cup


Azərbaycan yığma komandasının Çexiya yığması üzərində 4:1 hesabı ilə qələbəsi, onun bu ilin avqustunda Torredembarada qazandığı qələbənin oxşarı idi. Həmin matçın əvvəlində Çexiya yığma komandası irəli çıxmışdı, lakin sonradan təzyiqə tab gətirə bilməmişdi. Elə bu oyunda da təxminən eyni hal baş verirdi: əvvəlcə çexlər oyunun gedişini ələ aldılar və hesabda irəli çıxdılar, lakin Azərbaycan yığması, qətiyyət və əzm göstərərək, əvvəlcə buraxılan topun əvəzini çıxıb, daha sonra da böyük üstünlük qazandı. Bu qələbə Azərbaycan yığmasını C qrupunun zirvəsinə qaldırdı və onu şənbə günü İspaniya yığması ilə olduqca çətin oyuna çıxardı. Lakin, Çexiya komandası da hələ sıradan çıxmayıb və vəziyyəti düzəltmək üçün, yenə də şənbə günü, Bolqarıstan komandası ilə oyunda şans əldə etdi.
Hər iki milli yığma komanda Dünya birinciliyinə çıxmaq üçün yolunu böyük səylə başladı və hər iki tərəf birinci qolu vurmağa qadir görünürdü, lakin birinci hissənin sonuna kimi, dəqiq atışdan sonra Xalupanın başı ilə topu qapıdan keçirməsinə qədər, bu baş tutmadı. Azərbaycan futbolçuları mübariz nüfuzu qazanmışlar və onlar, qaçılmaz şəkildə, boş qapıya top vuraraq, hesabı bərabərləşdirdilər. Lakin bu ancaq başlanğıc idi, daha sonra yığmamız uzaq məsafədən daha bir top vuraraq, hesabı öz xeyrinə dəyişdi: 2:1. Qabaqda isə final hissə gözləyirdi.
Çexiya üçüncü hissəni çox aqressiv və fiziki təzyiq tərzində başladı, lakin bu, onların müdafiə xətlərini açdı - Azərbaycan kimi bir komanda ilə oyunda bu hal baha başa gəlir. Azərbaycanlılar müdafiənin zəifləməsindən istifadə etdilər və son hissənin ilk dəqiqələrində iki topu cəld vuraraq, özlərinin üstünlüklərini 4:1 hesabı ilə möhkəmləndirdilər. Hissənin sonuna yaxın hər iki tərəf üçün qol vurmaq imkanları yaranmasına baxmayaraq, final fiti səsləndikdə komandaların heç biri top vura bilməmışdi. Azərbaycan oyunu 4: hesabı ilə öz xeyrinə başa çatdırdı.
Goals: 1-0: Chalupa, min. 1 (1); 1-1: Sabir, min. 10 (2); 1-2: Ali, min. 1 (2); 1-3: Ali, min. 9 (3); 1-4: Asif, min. 9 (3). Bakumeeting Bakumeeting Bakumeeting

08.09.2014