Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Bakıda keçiriləcək 2015-ci il Avropa Olimpiya Oyunları diqqət mərkəzindədir


Bakumeeting
 
Beynəlxalq Çimərlik Futbolu Təşkilatı (BSWW), Bakıda Avropa Olimpiya Oyunları Komitəsi (BEGOC) və AFFA birgə görüş keçirmişlər və hər şeyin plana uyğun getdiyinə əmin olmuşlar. Tarixdə ilk dəfə olaraq, Avropa Olimpiya Oyunları 2015-ci ilin iyun ayında Bakıda keçiriləcəklər, çimərlik futbolunun doğurduğu bütün addımlar və həyəcan isə hadisələrin lap özəyində yer alacaqlar. Ötən cümə günü, Bakıda Avropa Olimpiya Oyunları Komitəsi (BEGOC), işin lazım olduğu kimi getdiyinə və bütün proseslərin lazımi səviyyədə olduğuna əmin olmaq üçün, Beynəlxalq Çimərlik Futbolu Təşkilatı ilə çox mühüm görüş keçirmişdir.
 
Bakı-2015-in Baş ofisində bir araya gələn Tərəflər, bu cür monumental miqyasda keçiriləcək gələcək möhtəşəm tamaşanın logistika və təşkilati məsələlərini müzakirə etdilər. Görüşdə Beynəlxalq Çimərlik Futbolu Təşkilatının, başda Coan Kusko (BSWW-nin icraçı vitse-prezidenti) və Qabino Renales (BSWW-nin vitse-prezidentinin müavini) olmaqla, təşkilati komitəsi iştirak edirdi; onlar BEGOC nümayəndələri ilə, Oyunların keçirildiyi müddətdə çimərlik futbolu üzrə tədbirlərin təşkili baxımından qiymətli fikirlərlə və təcrübə ilə paylaşdılar. Bakı-2015 Təşkilat komitəsindən Pirs O`Kallaxan (idman direktoru), Karl Rider (idman yarışları üzrə şöbənin rəhbəri) və Metyu Kidson (idman bölmələri üzrə yarışların meneceri), Oyunlar çərçivəsində çimərlik futbolu ilə bağlı aparılan bütün işlərin cari vəziyyətini təsvir etdilər və, istər idman meydançalarının, istərsə də yarışların necə sağlam şəraitdə və səmərəli olacaqları haqqında danışdılar.
 
Müşavirədə, ölkəmizin çimərlik futbolunu təmsil edərək, Azərbaycan Çimərlik Futbolu Assosiasiyasının prezidenti Fərid Novruzi və Azərbaycan Çimərlik Futbolu Assosiasiyasının vitse-prezidenti Fərid Axundov iştirak edirdilər. Olduqca konstruktiv şəkildə keçən danışıqlarda həmçinin, Oyunların bütün aspektlərinin rəvan həyata keçiriləcəyinə əminlik əldə etmək üçün, inşaatçıların və İT-dən olan əməliyyat qruplarının nümayəndələri də iştirak edirdilər.
 
Ümumi məqsəd aydın şəkildə müəyyən edilmişdi və bu ideyanı Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov da dəstəkləyirdi: çimərlik futbolunu, Avropa Olimpiya Oyunlarına daxil edilmiş bütün idman növləri arasında, ən müvəffəqiyyətli, fəal və nüfuzlu idman növlərindən birinə çevirmək. Hər şey məhz bu ideyanı gerçəkliyə çevirmək üçün lazım olduğu kimi gedir.
 
Çimərlik futbolu artıq yüksək dərəcədə emosional yüklənmiş bir idman növüdür, lakin Siz bu gərginliyi həm də bu il hiss edə bilərsiniz, belə ki, Bakıda Avropa Olimpiya Oyunları-2015 çərçivəsində oyunun həlledici amili - milli yığmamızın, yüksək nüfuza malik Avropa Çimərlik Futbolu Liqasının seçmə oyunlarından və Superfinalından sonra finalda tutduğu yer oldu. Təzyiq bütün mövsüm ərzində tədricən artırdı və, nəhayət, təsnifat üçün səkkiz komanda, A divizionunda ən yaxşı altılıq, B divizionunda ən güclü komandalar və, ev sahibi kimi, Azərbaycan müəyyən olundular: A divizionundan Rusiya, İspaniya, Portuqaliya, İsvaçrə, İtaliya və Ukrayna, B divizionunun nümayəndələri kimi isə Macarıstan və Azərbaycan.
 
Komandaların səviyyələri danılmazdır, görüşlərin keçirildiyi yer olduqca gözəldir və, bu görüşdən sonra, müvəffəqiyyətli yarışa aparan yol artıq kristal dərəcədə təmizdir. Oyunlar yaxınlaşdıqca, yenə müşavirələr keçiriləcəkdir, lakin elə indi ifadə olunan can-fəşanlıq və inadlı iş, Bakıda Avropa Olimpiya Oyunları-2015-in keçirilməsi üçün qoyulmuş özül keyfiyyətində təzahür etməyə başlayır.

04.09.2014