Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Rəhimov: Çimərlik futbolunun Azərbaycanda parlaq gələcəyi vardır


Rahimov

 

Ölkəmizin gənclər və idman naziri əmindir ki, gələn il Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları-2015-də çimərlik futbolu ən mühüm idman növlərindən biri olacaqdır.

 

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çimərlik futbolunun böyük pərəstişkarıdır. Yüksək səviyyəli dövlət məmuru bu yaxınlarda Çimərlik Futbolu üzrə Avropa Kuboku Bakı-2014-ün oyunlarında olmuş və burada hökm sürən coşqunluq, enerji və şən əhval-ruhiyyə ona böyük təəssürat bağışlamışdır. Rəhimov çimərlik futbolundan və bu idman növünün, onun Bakı-2015 birinci Avropa Olimpiya Oyunlarının proqramına daxil edilməsinə gətirib çıxaran, inkişafından riqqətə gəlmişdir. Lakin o, bununla kifayətlənməmiş və demişdir: "Mən, Çimərlik Futbolu üzrə Avropa Kuboku uğrunda yarışların necə keçdiyini gördüyümə çox şadam. Biz, dünyanın ən yaxşı komandalarının iştirak etdiyi və parlaq tamaşa vəd edən bu cür mühüm yarışın Azərbaycanda keçirilməsindən qürur duyuruq. Bu, heç şübhəsiz, yerli azarkeşlər arasında idmanın bu növünün populyarlaşdırılmasının dəstəkləmək üçün ən yaxşı üsuludur".

 

Bakıda ÇFAK-2014-ün keçirilməsi münasibəti ilə təşkil edilmiş şənliklərdə iştirak etməklə yanaşı, Rəhimov həm də, yaxınlaşmaqda olan Avropa Olimpiya Oyunlarını nəzərə alaraq, ölkədə bu idman növünün gələcəyi üzərində işə başlamaq üçün, BSWW-nin icraçı vitse-prezidenti, FİFA-nın çimərlik futbolu üzrə komitəsinin üzvü Coan Kusko ilə, AFFA-nın baş katibi Elxan Məmmədovla, Azərbaycan Çimərlik Futbolu Assosiasiyasının prezidenti Fərid Novruzi ilə və BSWW-nin vitse-prezidentinin müavini Qabino Renaleslə görüşmüşdür. Necə deyərlər, hər şey təcrübədə qavranılır; Rəhimov bildirdi ki, "Azərbaycanda çimərlik futbolu öz populyarlığına görə futboldan heç də geri qalmır... və mən bilirəm ki, o, Bakıda Avropa Olimpiya Oyunları-2015-in çərçivəsində ən mühüm idman növlərindən birinə çevriləcəkdir".

 

Azərbaycan çimərlik futbolunda əhəmiyyətli tərəqqiyə nail olmuşdur, bu təcrübədə də, konkret olaraq, Azərbaycan komandasının mövsümün ən çox yadda qalan matçlarındakı oyunundan da görünür: bulardan birincisi Yunanıstan komandasına qarşı oynanılmış overtaymlı triller idi, ikincisi isə - İsveçrə ilə, gedişində 17 qolun vurulduğu matç idi. Gənclər və idman naziri istənilən bir kəsə bunun labüd olduğunu deyə bilərdi, lakin o, fikrini aşağıdakı kimi bildirərək, daha təvazökar mövqe tutmağı üstün tutdu: "Son illər ərzində ölkəmiz idmanın infrastrukturuna xeyli sərmayə qoymuşdur və bu səylərin öz bəhrəsini verməyə başladığını görmək fərəh doğurur. Biz, gənc nəsilləri, çimərlik futbolunun öz layiqli yerini tutduğu yeni idman mədəniyyətinə inteqrasiya etməyi və təlimləndirməyi planlaşdırırıq". Nəticələr şübhəsizdir, belə ki, Azərbaycan komandası avqust ayında Torredembarrada, Final Seçim raundunda çox güclü Türkiyə komandası üzərində qələbə qazanaraq nəticədə üçüncü yeri tutmaqla, tamaşaçıları riqqətə gətirmişdi.

 

Azad Rəhimov həmçinin qeyd etdi: "Biz, gələcəkdə ölkəmizdə çimərlik futbolu üzrə yüksək səviyyəli yarışların keçirilməsini səbirsizliklə gözləyirik, çünki biz, birlikdə çox şeyə nail olacağımıza inanırıq. Bizim insanlar çimərlik futbolunu sevirlər". Biz, fikrimizi bundan yaxşı ifadə edə bilməzdik və biz də, Çimərlik Futbolu üzrə Ümumdünya Assosiasiyasında, çimərlik futbolunun gələcək inkişafını, özü də təkcə Azərbaycanda yox, bütün dünyada, səbirsizliklə gözləyirik.

04.09.2014