Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Çimərlik futbolu üzrə Avropa Kuboku oyunları başa çatdı


Avqustun 28-dən etibarən Jumeirah Bilgah Beach otelinin çimərlik futbolu meydançasında təşkil olunmuş Çimərlik Futbolu üzrə Avropa Kuboku - Bakı 2014 (Europen Beach Soccer Cup - Baku 2014) turnirinə bu gün keçirilmiş üç oyunla yekun vurulub.
5-ci yer uğrunda oyunda Azərbaycan və Macarıstan milliləri qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatdığı üçün 3 dəqiqədən ibarət əlavə vaxt oynanılıb. Hesab dəyişmədiyi üçün qalib penalti seriyasında müəyyənləşib. Hər komanda üçün 3 zərbədən ibarət seriyada macarıstanlı futbolçular daha sərrast olub. Millimizin rəqibi penaltilərdə 2:1, ümumi nəticədə isə 5:4 hesabı ilə qalib gələrək turniri 5-ci yerdə başa vurub.
3-cü yer uğrunda qarşılaşma Yunanıstan və Rusiya milliləri arasında keçirilib. Rəqibini 7:4 hesabı ilə məğlub edən rusiyalı futbolçular turniri ilk üçlüyün sonuncu pilləsində qapayıb.
İspaniya və İsveçrə millilərinin qarşılaşdığı final oyununda pireneylilər 8:6 hesabı ilə qələbə qazanaraq Çimərlik Futbolu üzrə Avropa Kuboku - Bakı 2014 (Europen Beach Soccer Cup - Baku 2014) turnirində birinci yeri tutublar.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Azərbaycan Çimərlik Futbolu Federasiyasının vitse-prezidenti Fərid Axundov turnirin ən yaxşı qapıçısı üçün təsis olunmuş mükafatı Macarıstan yığmasının qolkiperi David Fiskora təqdim edib.
Turnirin ən məhsuldar oyunuçusu, İsveçrə komandasının üzvü Noel Ott mükafatını AÇFF-nin prezidenti Fərid Novruzidən alıb.
İspaniya millisinin futbolçusu Juanma turnirin ən yaxşı oyuçusu adına layiq görülüb. Ona mükafatı FIFA Çimərlik Komitəsinin üzvü, Beynəlxalq Çimərlik Futbolu Təşkilatının vitse-prezidenti Joan Custo verib.
Çimərlik Futbolu üzrə Avropa Kuboku - Bakı 2014 turnirinin qalibi olan İspaniya milli komandasına kubok AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən təqdim olunub. Turnirdə keçirilmiş bütün oyunların hesabını bir daha diqqətinizə çatdırırıq:















01.09.2014