Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Azərbaycan finalda 3-cü yerə doğru inanılmaz sıçrayışı başa çatdırır


Azərbaycan komandasının Türkiyə komandası üzərində 5-3 hesabı ilə qələbəsi olduqca cəlbedici idi, hərçənd ki, son dəqiqələrə qədər heç nə aydın deyildi. Komandalar final fitinə qədər hücuma keçir və müdafiə olunurdular, final fiti ilə isə Azərbaycan B Divizionunun finalında 3-cü yeri əldə etdi. Türkiyə turnirə, Final haqqında arzu ilə və A Divizionunda yer qazanmaq istəyi ilə gəlmişdi və, əslində elə favorit idi, lakin Torredembarrada final günü Azərbaycana uduzduqdan sonra, onlar dördüncü yeri tutdular və indi, artıq hamının səbirsizliklə gözlədiyi növbəti mövsümə daha yaxşı hazırlaşmalı olacaqlar.

Azərbaycan qrup mərhələsini çox effektlə bağladı və bu meyli 3-cü yer uğrunda Türkiyə ilə final matçının ilk dəqiqələrindən davam etdirdi. Onlar erkən qol vurdular və, bunu davam etdirərək, birinci hissənin ortasında daha bir qol vurdular ki, bunun da sayəsində hesab 2-0 oldu. Türkiyə komandasının uzun sürən güclü hücumunun qarşısı uzun müddət alına bilməzdi və tezliklə türklər cavab topu vuraraq, heç-heçəyə bir top yaxınlaşdılar, daha sonra onların ən yaxşı bombardiri olan Cem, hissənin sonunda bir top vuraraq, hesabı bərabərləşdirdi - 2-2. Baxmayaraq ki, hücumda üstünlük Türkiyənin tərəfində idi, azərbaycanlılar, ikinci hissənin əvvəlində qol vurdular və daha bir top irəli çıxaraq, vəziyyəti dəyişdilər - hesab 3-2 oldu. Aylı-yıldızlılar, belə görünürdü ki, istədikləri zaman təzyiqi artırmaq və top vurmaq iqtidarında idilər; doğrudan da, tabloda növbəti geriləməni görüb, onlar Azərbaycan komandasının müdafiəsini yardılar və daha bir qol vuraraq, yenə də heç-heçəyə nail oldular, bu dəfə 3-3. Bunula da final hissəsi ərəfəsində fasilə oldu.

Final hissəsi də eyni ruh yüksəkliyi və inanılmaz enerji ilə müşayiət olundu, komandalardan heç biri digərinin zəif yerini tapa və ya hesabda əhəmiyyətli fərqə nail ola bilmirdi. Nəhayət, Azərbaycan sonuncu hissədə birinci olaraq topu qapı toruna saldı və hesabı 4-3-ə çatdırdı. Türkiyə təslim olmaq istəmirdi və, hücumların birində Cem topla qapı çərçivəsini nişan aldı, geri qayıdan topu ələ keçirdi və onu təkrarən birbaşa qapı dirəyinə vurdu - əgər qolun olmadığını nəzərə almasaq, bu - möhtəşəm bir şey idi. Azərbaycan isə topu bir daha qapı toruna yerləşdirərək, iki top fərqlə irəli çıxmaqla, nəzərə alınsa ki, matçın vaxtı artıq başa çatırdı, türk komandasının məğlubiyyətini rəsmiləşdirdi. Sonda Azərbaycan komandası gecikmiş, lakin təhlükəli birbaşa zərbənin qabağını aldı və bütün əks-hücumları dayandırdı və oyun 5-3 hesabı ilə başa çatdı, ancaq Türkiyənin xeyrinə yox.


Qollar: 1-0: Amid, 10-cu dəqiqə (1); 2-0: Amid, 5-ci dəqiqə (1); 2-1: Adil, 5-ci dəqiqə (1); 2-2: Cem, 2-ci dəqiqə (1); 3-2: Orxan, 10-cu dəqiqə (2); 3-3: Barış, 3-cü dəqiqə (2); 4-3: Orxan, 7-ci dəqiqə (3); 5-4: Zeynal, 3-cü dəqiqə (3).

21.08.2014