Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Mükafatlandırma mərasimi keçirilib


19 dekabr 2011-ci il tarixində İçəri şəhərdəki ART Garden restoranında milli komandaların ən yaxşı futbolçularının mükafatlandırma mərasimi keçirilib.
17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının məşqçilər korpusunun rəyinə əsasən, komandanın 2011-ci il üçün ən yaxşı futbolçusu Əminə Heydərova seçilib. Qalibi elan etmək və mükafatı təqdim etmək üçün  səhnəyə UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard dəvət olunub.Əminə Heydərova ilə bağlı videoçarx nümayiş etdirilib.
Çimərlik futbolu üzrə milli komandanın ən yaxşı futbolçusu seçilmiş Elvin Quliyevə  mükafat Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən verilib.
Milli komandanın 2011-ci ildə ən yaxşı futbolçusunu elan etmək və ona mükafatı təqdim etmək üçün səhnəyə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts dəvət olunub. B.Foqts zərfi açaraq qalibin Rauf Əliyev olduğunu elan edib.

21.12.2011