Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Millimiz 1/8 final mərhələsinə yüksəlib


İtaliyanın Bibiano şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası 1/8 final mərhələsinə vəsiqə qazanıb. Qrupda keçirdiyi ilk oyunda Çexiya yığmasına 5:4 hesabı ilə qalib gələn millimiz ikinci qarşılaşmada fransalı futbolçulara məğlub olmuşdu – 8:10. Qrupun son oyununda Qazaxıstan yığması üzərində 9:2 hesablı qələbə qazanan millimiz qrupda ikinci yeri tutmuş və 1/8 mərhələsinə yüksəlmişdi.
Qeyd etmək lazımdır ki, millimizin 1/8 final mərhələsindəki rəqibi Portuqaliya yığması olacaq. Oyun sabah Bakı vaxtı ilə saat 18.15-də başlayacaq.

Qeyd: Oyun "İdman Azərbaycan" kanalı ilə canlı yayımlanacaq.


15.07.2010