Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Millimiz çimərlik futbol üzrə Avropa Liqasına vəsiqə əldə etdi


İtaliyanın Liqnano şəhərində keçirilən çimərlik futbolu üzrə Avropa Liqasının seçmə mərhələ oyunlarında Azərbaycan Çexiya və Hollandiya komandalarını yenərək Avropa Liqasına vəsiqəni əldə etdi.
 
İlk oyunda Çexiya yığması ilə qarşılaşan millimiz 5:4 hesabı ilə qələbə qazandı. Komandamızın qollarını Elşad Quliyev, Elvin Quliyev, Zeynal Zeynalov, İlham Əzizzadə və Müslüm Hüseynov vurub. İkinci oyunda millimiz Hollandiya yığmasılə qarşılaşdı, və inamlı oyun sərgiləyərək Hollandiyanı 7:4 hesabılə məğlub etdi. Komandamızın qollarınını Elvin Quliyev,  Zeynal Zeynalov (2), Müslüm Hüseynov (2) və Hikmət Bağırov və Asif  Zeynalov vurub.
Xatırladaq ki, çimərlik futbolu üzrə Avropa Liqasının final mərhələsi 26-29 avqust tarixlərində Portuqaliyada keçiriləcək.

05.07.2010