Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Millimiz Avropa birinciliyinin seçmə mərhələsində iştirak edir


2-4 iyul tarixlərində İtaliyanın Liqnano şəhərində Avropa birinciliyinin seçmə mərhələsi keçiriləcək. Qeyd etmək lazımdır ki, sözügedən turnirdə çimərlik futbolu üzrə milli komandamız da iştirak edir. Futbolçularımız artıq oyunların keçiriləcəyi şəhərdədirlər.
 
Komandamızdan başqa həmin turnirdə Fransa, Portuqaliya, İsveçrə, İtaliya (“A” qrupu) və Hollandiya, Çexiya yığmaları (“B” qrupu) iştirak edəcəklər. Millimiz “B” qrupunda mübarizə aparacaq.
 
Oyunların vaxtı:
 
02.07.10 AZƏRBAYCAN – Çexiya 18:30
02.07.10 İsveçrə - Fransa 19:45
02.07.10 İtaliya – Portuqaliya 21:00
 
03.07.10 Hollandiya – Çexiya 18:00
03.07.10 Portuqaliya – Fransa 19:15
03.07.10 İtaliya - İsveçrə 20:30
 
04.07.10 AZƏRBAYCAN – Hollandiya 18:00
04.07.10 Portuqaliya - İsveçrə 19:15
04.07.10 Fransa – İtaliya 20:30
 
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtla göstərilib.
 

02.07.2010