Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
"Xəzər kuboku-2010" turnirinə start veriləcək


İyunun 25-də həvəskar komandalar arasında çimərlik futbolu üzrə «Xəzər kuboku-2010» turniri start götürəcək. Turnirdə 8 komanda 2 qrupda mübarizə aparacaq. A qrupunda «Hövsan uşaqları», NTD, VİP, PSL, B qrupunda isə «Ümid», «Xəzər Nur», «Mustanq» və «Fərid» komandaları yer alıb. İyunun 28-də başa çatacaq yarışın bütün oyunları Mərdəkandakı «Dalğa» İstirahət Mərkəzinin ərazisində yerləşən meydançada keçiriləcək.
Qarşılaşmalar saat 16:00-da başlayacaq.

25.06.2010