Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Yoxlama oyununda rəqib qalib gəlib


AFFA tərəfindən Mərdəkandakı «Dalğa» İstirahət Mərkəzinin ərazisində inşa olunmuş meydançada çimərlik futbolu üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında ilk yoldaşlıq oyunu keçirilib. Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb. Millimizdən qolları Elşad Quliyev və Müslüm Hüseynov vurublar. Əlavə vaxtda  qol olmadığından qalibi penalti zərbələrindən sonra müəyyən etmək mümkün olub.
Nəticədə Türkiyə millisi oyundan 12:11 hesablı qələbə ilə ayrılıb. Xatırladaq ki, çimərlik futbolu üzrə Azərbaycan və Türkiyə milli komandaları arasındabaş tutacaq ikinci yoxlama oyunu bu gün saat 18:00-da başlayacaq. Stadiona giriş pulsuz olacaq.

23.06.2010