Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Qatar millisi yoldaşlıq görüşündə Omana yenildi.


Çimərlik futbolu üzrə Oman millisi Bəhreyndə keçirilmiş yoldaşlıq oyununda Qatar millisinə 4-2 hesabılə qalib gələ bildi. Oman millisinin məşqçisi Talib Hilalın sözlərinə görə, Oman millisi elə ilk dəqiqələrdən üstünlüyü ələ aldı və ilk yarını 2-0 hesabılə başa vurdu. İkinci yarıda oyunda dönüş yaratmaq istəyən Qatar millisi buna nail ola bilmədi və yekunda 4-2 hesabılə məğlub oldu. Oman millisindən qolları Feysəl Əl Bəluşi (2), Əkrəm Əl Bəluşi (1) və Həytəm Əl Əraimi (1) vurdular.
Qeyd etmək lazımdır ki, bu oyundan əvvəl Oman komandası Bəhreyn millisi ilə yoldaşlıq oyunu keçirmişdi. Həmin oyun 4-4 hesabılə bitmişdir. Bu gün Oman millisi Səudi Ərəbistana yola düşür.

01.04.2010