Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Millimiz Almaniya yığmasına qalib gəlib.


İngiltərənin Maynhid şəhərində təşkil olunan Avropa çempionatının seçmə mərhələsi çərçivəsində çimərlik futbolu üzrə Azərbaycan millisi bu gün ilk oyununu keçirib. Almaniya yığması ilə qarşılaşan millimiz 6:4 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Elvin Quliyev və Müslüm Hüseynov hərəyə 2 qol vurub, hərəyə 1 dəfə isə Hikmət Bağırovla Elhad Nəziri fərqlənib.Millimiz növbəti oyununu iyulun 19-da İngiltərə yığmasına qarşı keçirəcək.

18.07.2009