Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Çimərlik futbolu üzrə Azərbaycan yığması Avropanın ən güclü səkkiz komandası sırasına daxil oldu.


İspaniyanın Kastelyon şəhərində keçirilən çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsində iştirak edən millimiz 1/8 mərhələsində İngiltərə komandası ilə görüşdü. Çox gözəl oyun sərgiləyən komandamız güclü İngiltərə komandasını 3:1 yenməklə yarışın dörddə bir final mərhələsinə adladı. Beləliklə, Çimərlik futbolu üzrə Azərbaycan yığması Avropanın ən güclü səkkiz komandasından biri oldu.
Qeyd edək ki, 1/4 mərhələsində komandamız İspaniya – İsrail cütlüyünün qalibi ilə görüşəcək.

11.06.2009