Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Sport kanalı Çimrəlik futbolu üzrə FİFA 2009 Dünya Kubokuna Avropa seçmə oyunlarını yayımlayacaq.


İlk dəfə olaraq “Sport” kanalı İspaniyanın Kastelyon şəhərində Çimrəlik futbolu üzrə FİFA 2009 Dünya Kubokuna Avropa seçmə yarışından reportajlar yayımlayacaq. Yarışda Avropanın 28 milli komandası iştirak edəcək. Onlar İspaniyanın qızmar günəşi altında Birləşmiş Ərəb Əmirliklərinə aparacaq 5 vəsiqə uğrunda 8 gün mübarizə aparacaqlar. Noyabr ayında Dubay Çimərlik Futbolu üzrə 5-ci Dünya Çempionatını qəbul edəcək.
 
4 iyun tarixində baş məşqçi Emil Cabbarovun rəhbərlik etdiyi Azərbaycan milli komandası Kastelyona yola düşür. 7 iyun tarixində isə biz artıq komandamızın yarışın favoritlərindən sayılan Portuqaliya millisinə qarşı oyununu izləyə bilərik.
 
Xatırladaq ki, yarımfinala çıxmaqla komanda Dünya Kubokuna vəsiqəni təmin edə bilər. Dörddə bir finalda uduzan komandalar isə öz aralarında daha bir vəsiqə uğrunda mübarizə aparacaqlar.
 
Millimizin keçirəcəyi oyunlarının yayım vaxtı:
7 iyun 21:45 Azərbaycan - Portuqaliya
8 iyun 16:45 Almaniya - Azərbaycan
9 iyun 18:00 Avstriya - Azərbaycan

02.06.2009