Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Azərbaycan 3-cü etapda qalibiyyət qazandı


6-2 hesablı qələbə Azərbaycan üçün çox önəmli bir nəticə idi. Oyun 1-0 hesabı ilə rumınların xeyrinə başlasa da daha sonra Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Bu qələbə sayəsində Azərbaycan şənbə günü Moldova ilə qarşıdurmaya İngiltərə ilə birinci yer üzərində mübarizə aparacaq komanda kimi çıxacaq.  
Rumıniya komandası bu oyuna aqressiv başladı və Maci tərəfindən vurulan ilk qolla hesabı açdı. Lakin oyunun gələcək gedişatının necə olacağını demək üçün çox tez idi. Hesabın Rumıniya yığma komandası tərəfindən açılması Azərbaycan komandasını ruhdan salmadı, Azərbaycan komandasının Avropa oyunlarında əldə olunan təcrübəsi öz sözünü dedi. Oyunun gələcək dəqiqələrində Sabir və Ramil tərəfindən vurulan qollar oyunun odlar yurdu Azərbaycanın xeyrinə çevrilməsinə kömək etmişdir və hesab 2-1 olmuşdur. Oyunun ikinci hissəsinin başlanğıcı birinci hissənin tam əksi oldu və 2 qol oyunun taleyini dəyişdi. Müdafiə ilə başlayan ilk 12 dəqiqə Rumınların qolu ilə başa çatdı və hesab 2-2 oldu.  
Oyunun gedişatı zamanı Azərbaycan daha 2 qol vuraraq hesabı dəyişməyə nail oldu. Rumınlar oyunun gediştaını dəyişməyə cəhd edərkən Azərbaycan daha 2 qol vuraraq hesabı 6-2 etmiş və qələbəyə daha da yaxınlaşmışdırlar. Rumıniya komandası hesabı öz xetrlərinə dəyişmək üçün çalışsalar da, Azərbaycan komandasının müdafiəsi güclü olduğu üçün oyun 6-2- hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatdı  
Qollar: 1-0: Maci, dəq. 11 (2); 1-1: Sabir, dəq. 7 (1); 1-2: Ramil, dəq. 3 (1); 2-2: Dobre, dəq. 1 (2); 3-2: Sabir, dəq. 7 (3); 4-2: Sabir, dəq. 7 (3); 5-2: Amid, dəq. 5 (3); 6-2: Ramil, dəq. 4 (3).  
 
AVROPA ÇİMƏRLİK FUTBOL LİQASI 2015 SIOFOK  
Nəticə:  
Cümə günü 07.08.15  
12:15 - Çexiya 6-9 Norveç (B divizionu 2-ci qrup)  
13:30 - İngiltərə 5-3 Moldova (B divizionu 1-ci qrup)  
14:45 - Andorra 0-5 Türkiyə (B divizionu 2-ci qrup)  
16:00 - Rumıniya 2-6 Azərbaycan (B divizionu ı 2-ci qrup)  
17:15 - İspaniya və İsveçrə (A divizionu)  
18:30 - Ukrayna və Macarıstan (A divizionu)  
Nəticə:  
Şənbə günü 08.08.15  
12:15 - Çexiya və Andorra (B divizionu 2-ci qrup)  
13:30 - Rumıniya və İngiltərə (B divizionu 1-ci qrup)  
14:45 - Türkiyə və Norveç (B divizionu 2-ci qrup)  
16:00 - Azərbaycan və Moldova (B divizionu 1-ci qrup)  
17:15 - İspaniya və Ukrayna (A divizionu)  
18:30 - İsveçrə və Macarıstan (A divizionu)  
Bakumeeting  
Bakumeeting  
Bakumeeting

17.08.2015