Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Avropa Çempionlar Kuboku 2015. 12-14- cü oyunlar


Avropa Çempionlar Kuboku 2015. 12-14- cü oyunlar BSC Lokomotiv 3 bal üçün 3-cü yer tutmuşdur
"BSC Lokomotiv" komandasının 5-0 hesablı qələbəsi gözləntilərdən daha üstün idi. "Amrahbank" komandası çox də güclü hücüm imkanlarına malik olmasa da Rusiya klubunun davamlı hücumlarından çox güclü müdafiə olunurdu. BSC Lokomotiv klubunun çox güclü olmasına baxmayaraq "Amrahbank"- komandası oyunun əvvəlində əllərindən gələni etdi ki, öz qapısını toxunulmaz saxlasın. Lakin "Amrahbank"-ın güclü çalışmalarına Gorçinskinin qolu son qoydu və komandalar ikinci hissəyə "BSC Lokomotiv" klubunun minimal üstünlüyü ilə başladılar. İkinci hissənin ilk 12 dəqiqəsi ərzində "BSC Lokomotiv" daha bir qol vurdu. Bu qoldan sonra "Amrahbank"- yenə rusları saxlamağa çalışırdı, lakin güc üstünlüyü öz sözünü dedi və oyun "BSC Lokomotiv" klubunun 5-0 hesablı qələbəsi ilə yekunlaşdı.

Qollar : 0-1 : Gorchinskiy, min. 1 (1); 0-2 : Zborovskyi, min. 2 (2); 0-3 : Zborovskyi, min. 5 (3); 0-4 : Leonov, min. 1 (3); 0-5 : Borsuk, min. 0 (3).

BSC Kristall-ə qalibiyyət üçün sonda güclü hücum lazım idi
BSC Kristall kimi müdafiə olunan çempion komanda üçün 5-1 hesablı qələbə çox çətin idi. Lakin qələbə yenə də qələbə sayılır. Ruslar şikayət etməyəcək, lakin erkən bərabərlik qolu vurulduğu təqdirdə, onlar oyunun əvvəlindən etibarən rəqibi pressinqlə üzləşdirəcək. Avropa Çempionlar Kuboku 2013-ün sahibi və 2014 "kralları"na oxşar tərzdə "Kristall" komandası 2015-ci il yarışmalarını qol ilə başladı. İlk hissədə Ardil qol ilə fərqləndi. "Kristal" bərabərlik qolundan sonra məyus olsa belə bunu nümayiş etdirmirdi və oyunun 24-cü dəqiqəsi arxada qalarkən, artıq hesab 2-1 idi. İspan klubu əzmkar mübarizə nümayiş etdirirdi və rusların hücumlarının qarşısını almağa çalışırdı. Lakin hesab dəyişməz qalırdı. Üçüncü hissə parlaq ulduzların işığı altında başladı və ruslar Kraş və Liorençin qolları sayəsində hesabı 4-1 etdi. Matç 5-1 hesabı ilə bitdi
Qollar : 0-1 : Romanov, min. 8 (1); 1-1 : Ardil, min. 6 (1); 1-2 : Datinha, min. 1 (1); 1-3 : Krash, min. 10 (3); 1-4 : Llorenç, min. 8 (3); 1-5 : Llorenç, min. 4 (3).

Mübarizə DomusBet BS Catania-nın qalibiyyəti ilə başa çatdı
DomusBet BS Catania-nın BS Bohemians1905 üzərində 6-12 qələbəsi asan görünsə də, sonradan məlum oldu ki, hadisələr Çexiya komandasının qələbəsinə doğru gedir, lakin sonda yerli komandanın gözlənilən qələbəsi ilə başa çatdı.
Yerli azarkeşlərin müsbət enerjisi sayəsində, DomusBet BS Catania iki dəfə daha çox qol vurdu və enerjini qaldırdı. Atmosfer gərgin idi və BS Bohemians 1905-in Koller-dən sonra nəticəni 2-1 etdilər, bununla da həm komandanın həm də azarkeşlərin həyəcanı artdı. Daha sonra isə son səhnədə yerli komanda həyəcanı artıraraq hesabı 6-1 etdi.


Hadisələr Çexiya klubunu çox narahat edirdi, lakin onlar 3 qol vuraraq hesabı 6-4 etdilər. Italiyalılar növbəti cavab verdilər və nəticəni 6-12 etdilər.
Qollar : 0-1 : Gabriel, min. 11 (1); 0-2 : Maradona Jr., min. 8 (1); 1-2 : Koller, min. 4 (1); 1-3 : Rodrigo, min. 11 (2); 1-4 : Fred, min. 8 (2); 1-5 : Bosco, min. 0 (2); 1-6 : Rodrigo, min. 0 (2); 2-6 : Vladyka, min. 11 (3); 3-6 : Nosek, min. 9 (3); 4-6 : Stejskal, min. 9 (3); 4-7 : Zurlo, min. 9 (3); 4-8 : Rodrigo, min. 8 (3); 4-9 : Maradona Jr., min. 7 (3); 5-9 : Koller, min. 6 (3); 5-10 : Palazzolo, min. 5 (3); 5-11 : Zurlo, min. 4 (3); 6-11 : Radosta, min. 2 (3); 6-12 : Maradona Jr., min. 0 (3).

Avropa Çempionlar Kuboku 2015
Bugünün nəticələri :
Çərşənbə axşamı 02.06.15
10 : 00 - FC Dinamo Batumi 2-0 FC Odesos (Group B)
10 : 00 - LSA Chaudfontaine 4-12 Goldwin Pluss Bodon FC (Group G)
11 : 15 - CD Murcia 5-4 BST Chemnitz (Group A)
11 : 15 - Antalya-Alanya BSC 10-4 Hemako Sztutowo (Group F)
12 : 30 - FC Bate Borisov və 2-3 Vybor (Group G)
12 : 30 - Milano BS 2-3 KP Lodz (Group E)
13 : 45 - Mani BS 6-8 BSC Sable Dancers Bern (Group F)
13 : 45 - Portsmouth BS 1-2 CS Djoker (Group D)
15 : 00 - Peugeot 1-8 SC Braga (Group E)
15 : 00 - Montpellier BS 3-4 AS Performer Constanta (Group C)
16 : 15 - Ushkyn-Iskra 1-4 Happy Car Sembenedettese BS (Group D)
17 : 30 - Amrahbank 0-5 BSC Lokomotiv (Group C)
18 : 45 - CD Bala Azul 1-5 BSC Kristall (Group B)
20 : 00 - BS Bohemians 1905 6-12 DomusBet BS Catania (Group A)

Gələcək Oyunlar :
Çərşənbə 02.06.15
10 : 00 - Portsmouth BS və Ushkyn-Iskra (Group D)
10 : 00 - LSA Chaudfontaine və FC Bate Borisov (Group G)
11 : 15 - Montepellier BS və Amrahbank (Group C)
11 : 15 - Antalya-Alanya BSC və Mani BS (Group F)
12 : 30 - FC Vybor və Goldwin Pluss Bodon FC (Group G)
12 : 30 - Milano BS və Peugeot (Group E)
13 : 45 - BSC Sable Dancers Bern və Hemako Sztutowo (Group F)
13 : 45 - FC Dinamo Batumi və CD Bala Azul (Group B)
15 : 00 - SC Braga və KP Lodz (Group E)
15 : 00 - CD Murcia və BS Bohemians 1905 (Group A)
16 : 15 - Happy Car Sembenedettese BS və CS Djoker (Group D)
17 : 30 - BSC Lokomotiv və AS Performer Constanta (Group C)
18 : 45 - BSC Kristall və FC Odesos (Group B)
20 : 00 - DomusBet BS Catania BS Chemnitz (Group A)
  Bakumeeting Bakumeeting Bakumeeting

05.06.2015