Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Kataniya şəhəri "Avropa Çempionlar kuboku 2015" yarışına ev sahibliyi edəcək


Iyun ayının 2-7-nə kimi İtaliyanın Kataniya şəhəri bu il Avropa Çempionlar kuboku 2015 yarışına ev sahibliyi edəcək. Bu cür yarışların keçirilməsi bilavasitə Çimərlik futbolunun inkişafına da öz təsirini göstərir və avropa ölkələrində yerli çempionatlara marağın artmasına təkan verir. Yarışlarda Avropanın 28 ən güclü klubları mübarizə aparacaq. Bu mötəbər yarışda Azərbaycanı Amrahbank Futbol klubu təmsil edəcək. Heyətini əsasən milli yığma komandanın futbolçuları ilə möhkəmləndirən Amrahbank klubu burada layiqli müqavimət göstərməyə iqtidarındadır. Amrahbank FK komandasının baş məşqçisi Müslüm Hüseynovun sözlərinə əsasən Amrahbank FK klubu Avropa Çempionlar Kuboku yarışı öncəsi bir neçə Beynəlxalq turnirlərdə iştirak etmək fikrindədir. Futbolçular əsasən hazırlıqlarını çimərlik futbolu üzrə milli yığma komandada davam etdirir və bu hazırlıq dönəmində bu cür turnirlərdə iştirak etməyi vacib amillərdən biri kimi dəyərləndirir. Qeyd etmək istərdim ki, Amrahbank klubu ilə yanaşı yarışda Avropanın 27 ən güclü klubu da iştirak edəcək. Amrahbank klubu ilə yanaşı C qrupunda Lokomotiv (RUS),Monterpiller (FRA) və Rumıniyanın Perfomer klubu da mübarizə aparacaq.
AMRAHBANK FK
1. Alizadeh Abulfaz
2. Aliyev Abdul
3. Aliyev Ramil
4. Allahguliyev Sabir
5. Baghirov Hikmat
6. Guliyev Elshad
7. Guliyev Elvin
8. Huseynov Muslim
9. Huseynov Rufat
10. Kurdov Emin
11. Mammadov Anar
12. Mammadov Samir
13. Shirinbayov Vagif
14. Sultanov Renat
15. Zeynalov Asif
16. Zeynalov Zeynal
Bakumeeting
Bakumeeting

26.05.2015