Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Çimərlik futbolu arenası futbolu ictimaiyyətinə təqdim olundu


May ayının 16 -sı 2015 ci il tarixini Azərbaycan Çimərlik futbolu üçün əlamətdar bir günü saymaq olar. Çünki bu gündə yeni Çimərlik futbolu arenası Azərbaycan Çimərlik futbolu ictimaiyyətinə təqdim olundu. Bakı 2015 Avropa oyunları üçün nəzərdə tutulmuş bu arena bütün beynəlxalq standartlara cavab verir. Millinin baş məşqçisi portuqaliyalı Joze Migel Mateyuşun fikrinə əsasən bu meydança dünyanın ən möhtəşəm arenalırdan biri və bəlkədə ən birincisidir. Arena 4000 azerkeş kütləsinə malikdir. Bundan əlavə 4 məşq meydançası, soyunub geyinmə otaqları, mətbuat konfrans otağı və s. əsas yarış zamanı idmanşıların ixtiyarına veriləcəkdir. Açılış günü Çimərlik futbol klublarının və Azərbaycanın milli yığma komandasının ifasında bir sıra yoldaşlıq oyunları keçirildi. Ümid edrik ki, gələcəkdə bizim arena Çimərlik futbolu üzrə bir sıra Beynəlxalq miqyaslı yarışlara da ev sahibliyi edəcəkdir.
Bakumeeting
Bakumeeting
Bakumeeting
Bakumeeting
Bakumeeting
Bakumeeting

26.05.2015