Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Çimərlik futbolu dünya çempionatında Ekvador komandasını gücləndirir!

Əksər ekspertlər həmişə, çimərlikdə məşqlərin idmançılar üçün həqiqətən faydalı olub-olmadığı haqda mübahisə edirlər. Nahamvar səth və qumda hərəkətin, qaçışın və tullanmağın çətinliyi atletlərə güclü, cəld və qıvraq olmaqda yardım edir. Bu, həm də, texniki vərdişləri cilalamağa kömək edir, bu isə, söhbət futboldan getdikdə, çox mühümdür.
Yüksək səviyyəli peşəkar futbolçuların və ya bütöv komandaların məşq etmək üçün çimərliyə getməkləri heç də nadir hal deyildir. Lakin, hər şeydən əlavə, FIFA Braziliyada dünya çempionatı keçirir və burada biz çimərlik futbolunun peşəkar futbolçular üçün nə dərəcədə faydalı olduğunun bariz nümunəsini görürük: Ekvador milli komandasının 23 oyunçusundan onu öz istedadlarını və fiziki göstəricilərini, gənc yaşlarından çimərlikdə oynayaraq, inkişaf etdirmişlər.
 
Ekvadorun Esmeraldas adlı əyalətinin əhalisinin sayı 531,000 nəfərdir, bu isə ölkənin ümumi əhalisinin cəmi 3 faizini təşkil edir. Lakin, eyni zamanda, bu əyalət Ekvadora dünya çempionatında iştirak edən milli komandanın demək olar ki, yarısını vermişdir...
 
Esmeraldinyos həmişə ölkənin ən yaxşı futbol meydançasının onlarda olduğu ilə fəxr edirlər: daha doğrusu, suyun çəkilməsi zamanı çimərliyin. Ən azı, gündə iki dəfə, onlarla kişi çimərlik futbolu üzrə həvəskar, kor-təbii təşkil edilmiş, eyni zamanda çılğın yarış oyunlarında oynamaq üçün çimərliyə enir.
 
Hazırda Braziliyada mübarizə aparan 23 milli qəhrəmandan 10-u belə mühitdə böyümüşlər. Biz hələ komandanın kapitanı, Mançester Yunayted klubunun oyunçusu, Amazonas əyalətində anadan olmuş Antonio Valensiyanı saymırıq – axı onun da valideyinləri Esmeraldasdandırlar.
 
Bu cür yarışların daimi iştirakçısı olan Manuel Urtado deyir ki, Esmeraldasın çimərlikləri futbol üzrə dünya çempionatında Ekvadorun gizli silahıdır. Qumda hər şey çətindir- Urtado belə deyir. “Ən çətini – topla hərəkət etməkdir, ötürmə etmək də çətindir. Hər dəfə bir addım atdıqda, sanki 10 addım atırsan. Burada bərkiyən kişilər üçün adi futbol meydançası – boş bir şeydir.

20.06.2014