Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Ravenna Dünya Kubokunu qarşılayır.


Bu gün Çimərlik Futbolu üzrə FİFA 2011 Dünya Çempionatının rəsmi emblemi və rəsmi topu təqdim olunacaq.
 Qədim və gözəl şəhər sentyabr ayında turniri qəbul edəcək, bu gün rəsmi emblemin və topun təqdimatı ilə Ravenna 2011 Kubokuna marağın artması gözlənilir.
 FİFA Çimərlik Futbolunun baş katibi Jerom Valkenin video çıxışı ilə başlayan mərasimdə idman və siyasət aləminin fəxri qonaqları iştirak edirdilər. “Çimərlik Futbolu son illər sürrətlə inkişaf edib” – Valke şimal-şərqi İtaliya şəhərində auditoriya qarşısında bunu dedi. “FİFA gələn Dünya Çempionatın Ravennada keçirilməsinə ümid edir. Biz İtaliya Futbol Federasiya İttifaqının (FA) təcrübəsindən bəhrələnəcəyik və şəhərin köməyinə ümid edirik.”
Ravenna şəhəri munisipalitetinin idman üzrə idarə heyətinin üzvü Perikl Stoppa dedi: “Dünya Kuboku – özünü dünyada tanıtmaq üçün Ravenna şəhərinə böyük imkanlar verir və bir çox komandaları və tərəfdarları nı qəbul etmək imkanı əldə edir.”
Çimərlik futbolu Komitəsinin və Futzal üzrə FİFA üzvü Coan Kusko optimist notlarda dedi ki, bu yarışma əsas hiti – “Dünya Kuboku çox böyük bir turnirdir” – sübut edəcək. “Bu yarışma böyük futbolun bir hissəsidir.”
“Biz böyük təcrübəsi olan İtaliya Futbol Assosiyasından da kömək alırıq. Ravenna öz mədəni irsini və gözəl cizgilərini təqdim edəcək və biz onda böyük insan kütləsini bu oyunlara cəlb etməliyik.”
FİGC-nin vitse-prezidenti Karlo Taveççio davam etdi: “Bu böyük imkandır. Fifa və Italiya FF – təcrübəli və yaxşı partnyorlardırlar və Ravennada əvvəlki Dünya Çempionatının sahiblərinə oxşamaq hüsusiyyəti var. Bu cəlbedici idman bu şəhərdə və əyalətdə maraqla qarşılanacaq.”
 Mərasim Ravenna şəhərinin meri Fabrisio Mateuççiyə yarışmanın rəsmi topunun təqdimatı ilə sona yetdi. Sonra o dedi: “Bu böyük hadisəni Ravennada keçirildiyi üçün özümü xoşbəxt hiss edirəm. Bu şəhərin inkişafı üçün böyük şansdır. ”

20.04.2011