Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Asiyanın yeni çempionu Yaponiya yığması oldu


BƏƏ yığmasılə işlədiyi müddət ərzində ilk dəfə olaraq braziliyalı məşqçi Marselo Mendes öz komandasını çimərlik futbolu üzrə FİFA dünya kubokunun final mərhələsinə çıxara bilmədi. Üçüncü yer uğrunda BƏƏ komandası İran yımasına 6:2 hesabılə məğlub oldu və, bununla da, İtaliyaya getmək arzularılə vidalaşdı.
 
Qeyd etmək lazımdır ki, turnirin finalında Yaponiya və Oman yığmaları üz-üzə gəldi. Gərgin mübarizə şəraitində keçən oyunda Yaponiya Oman yığmasına 2:1 hesabılə qalib gəldi.
 
 
Fərdi mükafatlar:
«Ən yaxşı oyunçu» - Yəhya (Oman)
«Ən yaxşı qapıçı» - Terukina (Yaponiya)
«Ən sərrast oyunçu» - İshak (Oman), Take (Yaponiya) – 8 qol

18.03.2011